01 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Ölkə

Xalq şairi Nəriman Həsənzadə vəfat etdi

Avqust 1, 2026
Ölkə
A A

Azərbaycanın ədəbiyyat və mədəniyyət ictimaiyyətinə ağır itki üzv verib.

Avropa.info xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müasir poeziyamızın görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə vəfat edib.

Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. 1949–1953-cü illərdə indiki Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitib və orada ikiillik Ali Ədəbiyyat Kurslarında da oxuyub.

Nəriman Həsənzadə 1962–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı olub, “Azərbaycan–Ukrayna ədəbi əlaqələri” (1941-1945) mövzusunda namizdəlik (fəlsəfə doktorluğu) dissertasiyası müdafiə edib.

O, müxtəlif illərdə “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında və Televiziya və Radio Verilişləri Komitəsində bir sıra vəzifələrdə çalışıb. 1976–1990-cı illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru olub. Eyni zamanda bir neçə il SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsinə rəhbərlik edib. 1990–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub, 1991–2001-ci illərdə mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində işləyib. 2004-cü ildən Ədəbiyyat Fondu İdarə heyətinin sədri kimi fəaliyyət göstərib. Xalq şairi uzun müddət Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına rəhbərlik edib.

Gənc yaşlarından ədəbi yaradıcılığa başlayan Nəriman Həsənzadənin 1960–1970-ci illərdə nəşr olunan “Könlüm şeir istəyir”, “Unudulmaz günlər”, “Yadına düşəcəyəm”, “Nəriman”, “Niyə demədiniz”, “Zümrüd quşu”, “Nabat xalanın çörəyi”, “Mənim gecəm-gündüzüm”, “Sən bağışladın” və s. kitabları ədəbi-ictimai mühitdə ona böyük şöhrət qazandırıb.

Sosial-siyasi, tarixi və milli ictimai təfəkkürü narahat edən problemlər müəllifin yaradıcılığında xüsusi yer tutur. “Bir az möhlət istəyirəm ömürdən”, “Fikir eləmə”, “Kimin sualı var?”, “Seçilmiş əsərləri”, “Mənim nikahımı pozdu təbiət”, “Bütün millətlərə”, “Taleyin töhfəsi”, “Nuru paşa”, “Gəlimli-gedimli dünya” və s. kitablarında yer alan, ideya-bədii məziyyətləri ilə seçilən, vətənpərvərlik ruhu və əxlaqi-mənəvi saflıq aşılayan şeir, poema və mənzum dramları ədəbiyyat salnaməmizi zənginləşdirib. Ədibin əsərləri ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat, rus və s. dillərə tərcümə olunub.

Nəriman Həsənzadənin əsərləri əsasında hazırlanan “Bütün Şərq bilsin”, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Nabat xalanın çörəyi” və digər tamaşalar sənətsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Şairin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında mühüm xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi” (1981), “Xalq şairi” (2005) fəxri adlarına, “Şöhrət” (2001), “Şərəf” (2011), “İstiqlal” (2021), “Heydər Əliyev” (2026) ordenlərinə və Heydər Əliyev Mükafatına (2017) layiq görülüb. Söz sənətkarı 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Mədəniyyət Nazirliyinin kollektivi Xalq şairi Nəriman Həsənzadənin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Əvvəlki Yazı

CBS: ABŞ və İsrail İranın enerji infrastrukturunu bombalamağı planlaşdırır

Növbəti Yazı

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

XƏBƏR LENTİ

Birinci xanım Ərdoğandan Dünya Əmizdirmə Həftəsi paylaşımı

Birinci xanım Ərdoğandan Dünya Əmizdirmə Həftəsi paylaşımı

01 Avqust 2026 / 12:45
8
Küveyt: İranın İHA hücumlarına qarşı hava hücumundan müdafiə sistemləri işə salınıb

Küveyt: İranın İHA hücumlarına qarşı hava hücumundan müdafiə sistemləri işə salınıb

01 Avqust 2026 / 12:35
11
Livanın baş naziri: Ordu bütün ölkəyə yerləşdirilmədən suverenlik və sabitliyə nail olmaq mümkün deyil

Livanın baş naziri: Ordu bütün ölkəyə yerləşdirilmədən suverenlik və sabitliyə nail olmaq mümkün deyil

01 Avqust 2026 / 12:32
1
Daha iki ölkə vətəndaşları Azərbaycana vizasız gələcəklər

Daha iki ölkə vətəndaşları Azərbaycana vizasız gələcəklər

01 Avqust 2026 / 12:17
3
Meşə yanğınlarına havadan müdaxilə gücləndirilib

Meşə yanğınlarına havadan müdaxilə gücləndirilib

01 Avqust 2026 / 10:40
2
Prezident Ərdoğana sui-qəsd cəhdi edən FETÖ terrorçusu yaxalanıb

Prezident Ərdoğana sui-qəsd cəhdi edən FETÖ terrorçusu yaxalanıb

01 Avqust 2026 / 10:09
4
ABŞ İrana hücumlarını dayandırdı: Tehran danışıqlar iddiasını rədd edir

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

01 Avqust 2026 / 9:18
3
Xalq şairi Nəriman Həsənzadə vəfat etdi

Xalq şairi Nəriman Həsənzadə vəfat etdi

01 Avqust 2026 / 9:11
10
İordan çayının qərb sahilində hərbi forma geyinən bir israillinin fələstinliləri döydüyü məlum olub

CBS: ABŞ və İsrail İranın enerji infrastrukturunu bombalamağı planlaşdırır

01 Avqust 2026 / 8:54
9
Azərbaycan dili – Tariximizin səsi, gələcəyimizin təminatı

Azərbaycan–Qırğızıstan strateji tərəfdaşlığı: Regional əməkdaşlığın uğurlu modeli  

31 İyul 2026 / 21:11
8
KAAN taksi testini uğurla başa vurdu-foto

KAAN taksi testini uğurla başa vurdu-foto

31 İyul 2026 / 14:28
1
Kitabxana əməkdaşları Azərbaycan Dili Günü münasibətilə silsilə materiallar hazırlayıblar

Kitabxana əməkdaşları Azərbaycan Dili Günü münasibətilə silsilə materiallar hazırlayıblar

31 İyul 2026 / 14:04
7
“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir

“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir

31 İyul 2026 / 13:59
4
Vüqar Dadaşov: “İslamın Nüfuzunu Zədələyən Əsas Amil Dinin Siyasiləşdirilməsidir”

Vüqar Dadaşov:“Rusiyanın Təhdidləri Nəticə Verməyəcək

31 İyul 2026 / 11:55
9
Rusiya Azərbaycanda SSRİ bayrağına görə tutulanlara etiraz edib-Azərbaycana qarşı təxribat

Rusiya Azərbaycanda SSRİ bayrağına görə tutulanlara etiraz edib-Azərbaycana qarşı təxribat

31 İyul 2026 / 9:27
1
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

31 İyul 2026 / 9:10
7
Prezident İlham Əliyevin Almaniya Prezidenti ilə təkbətək görüşü keçirilir

Prezident İlham Əliyev: Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir

31 İyul 2026 / 9:03
4
Prezident İlham Əliyev:”Azərbaycan tələb olunan həcmdə neft tədarük edə bilər”

Prezident İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür etdi

31 İyul 2026 / 8:58
5
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib

31 İyul 2026 / 8:53
2
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub

31 İyul 2026 / 8:50
3
SpaceX raketinin bir hissəsi Aya düşmək üzrədir

SpaceX raketinin bir hissəsi Aya düşmək üzrədir

31 İyul 2026 / 8:42
8
Kiyev yaxınlığındakı Berezan şəhərində hava hücumu zamanı tüstü sütunu peyda olub

Kiyev yaxınlığındakı Berezan şəhərində hava hücumu zamanı tüstü sütunu peyda olub

31 İyul 2026 / 8:34
3
Rusiya Belarus sərhədləri yaxınlığında təxribatların nəticələri barədə xəbərdarlıq edib

Rusiya Belarus sərhədləri yaxınlığında təxribatların nəticələri barədə xəbərdarlıq edib

31 İyul 2026 / 8:26
3
Pakistanda kömür mədəninin çökməsi nəticəsində 34 nəfər ölüb

Pakistanda kömür mədəninin çökməsi nəticəsində 34 nəfər ölüb

31 İyul 2026 / 8:11
13
ABŞ HƏMAS-ın tərksilahına nə vaxt başlayacağını açıqlayıb

ABŞ HƏMAS-ın tərksilahına nə vaxt başlayacağını açıqlayıb

31 İyul 2026 / 7:39
16
Zelenski etiraf edib ki, o, Ukraynanın niyə NATO-ya dəvət edilmədiyini başa düşmür

Britaniya Mətbuatı:”Zelenski Ukrayna münaqişəsini qlobal müharibəyə çevirmək istəyir”

31 İyul 2026 / 7:25
7
İtaliya və İspaniya arasında ‘Şengen İspaniyaya bağlanmalıdır’ böhranı

İtaliya və İspaniya arasında ‘Şengen İspaniyaya bağlanmalıdır’ böhranı

31 İyul 2026 / 7:13
10
Fransa və İspaniyada ‘yanğına meyilli’ hava şəraiti riski artıb

Fransa və İspaniyada ‘yanğına meyilli’ hava şəraiti riski artıb

31 İyul 2026 / 7:04
5
Mərakeşdən İspaniyaya miqrant axını

Mərakeşdən İspaniyaya miqrant axını

30 İyul 2026 / 22:06
12
ABŞ-da şiddətli ishala səbəb olan “siklosporoz” hallarının sayı 45 ştatda 18 mini keçib

ABŞ-da şiddətli ishala səbəb olan “siklosporoz” hallarının sayı 45 ştatda 18 mini keçib

30 İyul 2026 / 21:00
19
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.