Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir.
Avropa.info xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur.
Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, 78 yaşlı A. Şarovski bu gün vəfat edib. Xalq artisti İkinci Fəxri xiyabanda dəfn olunacaq.






























