ABŞ-ın Nyu York Baş Yeparxiyası təxminən 1300 adamın cinsi istismara məruz qaldığı səbəbiylə açılan iddialarda əldə olunan razılaşma nəticəsində 800 milyon dollar ödəməyə razılaşıb.
Vəkillərin verdiyi açıqlamada təqribən 1300 adamın cinsi istismara məruz qaldıqları səbəbiylə açdığı iddialarda Nyu York Baş Yeparxiyası ilə razılaşma əldə edildiyi ifadə edilib.
Açıqlamada, tənzimləmə nəticəsində baş yeparxiyanın 800 milyon dollar ödəməyə razı olduğu bildirilib.
Nyu York arxiyepiskopu Ronald Hiks də yazılı açıqlamasında vəkillərin barışıqla bağlı açıqlamasını təsdiqləyib.
Hiks qeyd edib ki, barışıq sazişi noyabrın 6-da imzalanan həftə qüvvəyə minəcək.
ABŞ-ın ən böyük katolik qurumlarından biri olan Los-Anceles Baş Yepiskopluğu 2024-cü ildə 1300-dən çox cinsi istismar hadisəsi üçün ümumilikdə 880 milyon dollar təzminat ödəməyə razı olduğunu açıqladı.






























