Çinin Tibet Muxtar Bölgəsində dünən gecə baş verən 7 bal gücündə zəlzələdə ilkin tapıntılara görə 16 nəfər həyatını itirib.
Avropa.info bildirir ki,Sinxua xəbər agentliyinin məlumatına görə, episentri Tibet Muxtar Vilayətinin Nakçu vilayətinin Baçin rayonunda olan zəlzələ nəticəsində 300-dən çox ev dağılıb.
İlkin məlumata görə, zəlzələ nəticəsində 16 nəfər ölüb, 32 nəfər yaralanıb.
Təbii fəlakət bölgəsinə 300 polis əməkdaşı və 347 yanğınsöndürən və xilasedicilər göndərilib.
Yaralılardan 11-nin vəziyyəti ağır olduğu halda, yüngül xəsarət alan 21 nəfərə xəstəxanalarda tibbi yardım göstərilib.
Axtarış-xilasetmə işlərinin davam etdiyi bölgədə can itkisinin arta biləcəyi qorxusu var.
ABŞ Geoloji Xidmətinin (USGS) verdiyi açıqlamada, episentrinin Çinin Tibet Muxtar Bölgəsinin Nakçu əyalətinin 183 kilometr şimal-şərqində olan 7 bal gücündə zəlzələnin qeydə alındığı bildirilib.
Açıqlamada zəlzələnin təxminən 10 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) də zəlzələnin 7 bal gücündə olduğunu açıqlayıb.
2025-ci ilin yanvarında Tibetin Şiqatsi əyalətinin Tinqri rayonunda baş verən 6,8 bal gücündə zəlzələdə 120 nəfər həyatını itirib.


























