Biz ailəyə yalnız uşaq pulu verməklə onun bütün problemlərini həll etmiş olmuruq. Ailənin bütövlükdə ayaqda qalması üçün dövlət də bu məsuliyyəti öz üzərinə götürməlidir.
Avropa.info xəbər verir ki,Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev gənc ailələrin sosial müdafiəsi, demoqrafik meyllər və dövlətin uşaq tərbiyəsindəki rolu barədə danışarkən bildirib.
“Mənzil təminatı, təhsil və peşə hazırlığı”
Millət vəkili uşaqların böyüdülməsində dövlətlə vətəndaşın şərikli məsuliyyətini vurğulayıb:
“Bu yardım verilsə belə, o, fəaliyyətin yalnız bir hissəsini təşkil edə bilər. Qeyd etdiyim kimi, mənzil təminatı yaratmaqla yanaşı, övladlarımızın sağlamlığı, təhsili və peşə sahibi olması ilə bağlı kompleks addımlar atılmalıdır. Vətəndaşla yanaşı dövlət də bu məsuliyyətə şərik olmalı və birlikdə cəmiyyətimizə faydalı insan böyütməlidir”.
“Artıq valideynlər realist düşünür”
MCP başqanı ailələrin uşaq planlamasındakı müasir yanaşmasına və dəyişən sosial reallıqlara diqqət çəkib:
“Əlavə olaraq, əvvəllər ailələrdə çoxlu uşağın olması təşviq edilirdi. Mənə elə gəlir ki, artıq bu gün Azərbaycan valideynləri də realist düşünürlər: ‘Mən çoxlu övladın xərclərini çəkə və onlara lazımi təhsili verə bilməyəcəyəm’. İndi çoxuşaqlı ailələrdə uşaq sayı maksimum üç olur, əksər ailələr isə bir və ya iki uşağa üstünlük verir. Mən bunu təbii qarşılayıram. Çünki həm dövlət, həm də valideynlər anlamalıdır ki, əsas məqsəd uşağı sağlam böyütmək, ona peşə vermək, öz ayaqları üstündə dura bilən, ailəsini saxlayan və dünyada özünə yer tapan məsuliyyətli mütəxəssis yetişdirməkdi
“Əsas vəzifə kəmiyyətə deyil”
Parlamentarit qanunvericilik səviyyəsində atılmalı olan addımlara diqqət çəkib:
“Buna görə də qanunvericilik səviyyəsində qarşımızda duran əsas vəzifə – kəmiyyətə deyil, keyfiyyətə üstünlük vermək, valideynlərin fəxr edə biləcəyi layiqli övladlar tərbiyə etməkdir. Bu böyük məsuliyyəti isə dövlət və valideynlər çiyin-çiyinə bölüşməlidir”.




























