Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb Koalisiyasının sözçüsü general-mayor Turki əl-Maliki İranın dəstəklədiyi husilərin Ər-Riyad istiqamətində atdığı ballistik raketin hava hücumundan müdafiə sistemi tərəfindən qarşısının alındığını və məhv edildiyini açıqlayıb.
Avropa.info xəbər verir ki, Maliki sosial media platformasındakı hesabından məsələ ilə bağlı yazılı açıqlama verib.
Hava hücumundan müdafiə sistemlərinin işə salındığını bildirən Maliki, Husilərin Ər-Riyad istiqamətində atdığı ballistik raketin qarşısının alınaraq havada məhv edildiyini bildirib.
Maliki, Səudiyyə Ərəbistanının şərq bölgəsində PUA-nın aşkar edilərək vurulduğu barədə məlumat paylaşıb.
Hücumlarda can itkisi və ya dağıntı olub-olmaması ilə bağlı məlumat verilməyib.
Yəmən, 2014-cü ilin sentyabrında İranın dəstəklədiyi husilərin paytaxt Səna və bəzi əyalətlərə nəzarəti ələ keçirməsindən sonra başlayan vətəndaş müharibəsinə səhnədir.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə dəstək verir.
Son zamanlar Yəməndə hökumət qüvvələri ilə husilər arasında qarşıdurmalar artsa da, İranın dəstəklədiyi husilər hücuma məruz qaldıqlarını iddia edərək, Səudiyyə Ərəbistanını ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alır.




























