Dünya

Vyetnamda güclü partlayış -11ölu

19 Dekabr 2024, 08:355
Reklam728x90
Reklam320x100

Vyetnamın paytaxtı Hanoyda karaoke barında baş vermiş yanğın nəticəsində azı 11 nəfər ölüb.

Avropa.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi polisə istinadən məlumat yayıb.

Hadisə yerinə gələn xilasedicilər binadan yeddi nəfəri sağ çıxarıblar, onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Vyetnamın İctimai Təhlükəsizlik Nazirliyi yanğını törətməkdə şübhəli bilinən şəxsin həbs edildiyini açıqlayıb. İddia edilir ki, o, bar işçiləri ilə münaqişədən sonra binanın birinci mərtəbəsinə benzin tökərək od vurub.

Aidiyyəti qurumlar baş verənlərin bütün təfərrüatlarını araşdırır

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600