08 - 11 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Vüqar Dadaşov:”Qərbin türk-İslam dünyasına münasibətində dəyərlər deyil, siyasi təsir vasitələri əsas rol oynayır”

Sentyabr 21, 2026
Siyasət
A A

Azərbaycanın Avropaya və Qərb dəyərlərinə etimadsızlığının kökündə dayanan tarixi yaddaş, çoxəsrlik qarşıdurmalar və Qərbin türk-İslam dünyasına münasibətdə nümayiş etdirdiyi ikili standartlar müasir geosiyasi reallıqların əsasını təşkil edir. Qərb uzun illərdir ki, demokratiya və insan hüquqları adı altında öz siyasi, iqtisadi və geosiyasi maraqlarını “əqli işğal” vasitəsilə ixrac etməyə çalışır.

Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi analitik Vüqar Dadaşov deyib.

“Avropa Dəyərləri Və Universallıq Ziddiyyəti”

Politoloq Qərbin dəyərlər sisteminin universallığı iddiasının praktikada necə iflasa uğradığını konkret nümunələrlə diqqətə çatdırıb:

“Qərbin türk-İslam dünyasına münasibətində dəyərlər deyil, siyasi təsir vasitələri əsas rol oynayır. Türkiyənin onilliklər ərzində Avropa İttifaqı qapısında saxlanılması Avropa dəyərlərinin elan edilən universallığına praktik ziddiyyətdir. Eyni zamanda, Qərb tərəfindən təqdim edilən fərdiləşmə, əxlaqi azadlıq kimi anlayışlar Azərbaycanın milli, dini və mənəvi dəyərləri ilə eyniləşdirilə bilməz. CNN, BBC kimi qlobal media qurumları Qərbin siyasi gündəminin qəbuluna xidmət edir. Əgər Qərbdə söz azadlığı universal prinsipdirsə, Julian Assange-a qarşı siyasi təzyiqlərin adı nədir?! Azərbaycan Prezidenti İlham Əliyevin BBC-yə müsahibəsi Qərb media qurumlarının və Avropanın riyakar üzünü ifşa etdi”.

“Qarabağ Məsələsi Qərb Riyakarlığının Ən Ağır Nümunəsidir”

Şərhçi Qərbin Qarabağ münaqişəsi dövründəki fəaliyyətsizliyini və işğalçı Ermənistana münasibətini sərt tənqid edib:

“Qərb riyakarlığının ən bariz nümunəsi Qarabağ məsələsi idi. Ermənistan ABŞ, Fransa, Rusiya və İranın köməyi ilə Azərbaycan ərazilərini 30 il işğalda saxladı. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, Qərb Ermənistana heç bir təsir göstərmədi. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları Qərbin siyasi gündəmində bu gün Qarabağdan köçmüş bir ovuc erməninin hüquqları qədər prioritet olmadı. Əksinə, ATƏT-in Minsk qrupu Azərbaycanı işğalla barışdırmağa məcbur edirdi. Azərbaycan öz gücünə suverenliyini tam bərpa etdikdən sonra artıq regionun söz sahibinə çevrilib və orta güc statusuna yiyələnib. İndi Azərbaycan Qərb siyasətinə qarşı yalnız bəyanat vermir, Avropa institutlarının qətnamələrini rədd edir”.

“Qlobal Münaqişələrin Arxasında Dayanan Maraqlar”

MCP rəsmisi Qərbin İranın nüvə proqramına və Rusiya-Ukrayna müharibəsinə münasibətindəki geosiyasi maraqları da təhlil edib:

“Qərb riyakarlığı İranın nüvə proqramı məsələsində də özünü göstərir. Şah Pəhləvi dövründə bu proqrama dəstək verən Qərb, bu gün İranı təhlükə kimi təqdim edir. Çünki hazırkı İran Şah kimi sözə baxan deyil. ABŞ-İran müharibəsi yalnız nüvə proqramı ilə bağlı deyil; ABŞ öz geosiyasi və iqtisadi maraqları naminə bütövlükdə regionun iqtisadiyyatını, Körfəz ölkələrinin enerji infrastrukturunu və dünya enerji bazarlarını daha dərin təsir dairəsinə salmağa çalışır. Rusiya-Ukrayna müharibəsinin də arxasında enerji, iqtisadi resurslar, geosiyasi üstünlük və dünya iqtisadiyyatına nəzarət uğrunda mübarizə dayanır. Rusiya da bu arada öz ruslaşdırma siyasətinə fürsət kimi, qeyri-slavyan xalqlarını, xüsusən də türk-müsəlmanları amansız qırğına verir”.

“Azərbaycanın Gələcək Strateji İstiqaməti”

Başqann müavvini Azərbaycanın xarici siyasət prioritetlərinin Türk-İslam dünyasına yönəlməsinin tarixi və strateji zərurət olduğunu vurğulayıb:

“Bu reallıqlar fonunda Azərbaycanın öz türk-İslam xarici siyasət istiqamətini müəyyən etməsi dövlətçilik, milli kimlik və təhlükəsizlik prinsiplərinə tam uyğundur. Prezident İlham Əliyev andiçmə mərasimində Azərbaycanın yolunun Türk dünyası ilə bağlı olduğunu açıq şəkildə bəyan etdi. Türkiyə ilə Şuşa Bəyannaməsi əsasında müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi, Türk Dövlətləri Təşkilatında fəal siyasət, İslam dünyası ilə əlaqələrin genişləndirilməsi, Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı xəttində yeni regional əməkdaşlıq mexanizmlərinin meydana çıxması Azərbaycanın gələcək geosiyasi istiqamətini daha aydın göstərir. Məsələ Qərblə əlaqələri kəsmək deyil, Qərbin təqdim etdiyi modelləri milli prioritetlərin üzərinə qoymamaqdır. Azərbaycan üçün Türk-İslam dünyası yalnız siyasi seçim deyil, tarixi yaddaşın, milli kimliyin və strateji maraqların birləşdiyi geosiyasi reallıqdır. Azərbaycanın cavabı Qərbdən uzaqlaşmaq deyil, öz milli maraqlarını üstün tutmaqdır”.

Əvvəlki Yazı

Axios: Tramp Zelenskidən Rusiya neftayırma zavodlarına hücumları dayandırmasını istədi

Növbəti Yazı

ABŞ Avropanı Ukraynadakı sülh prosesində daha fəal iştirak etməyə çağırıb

XƏBƏR LENTİ

Kiber-tələ: Deputatın adından istifadə edirlər – DİQQƏT

Kiber-tələ: Deputatın adından istifadə edirlər – DİQQƏT

04 Noyabr 2026 / 11:21
47
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:”Bu qərarın ABŞ-nin artan hərbi təzyiqləri fonunda verilməsi xüsusilə diqqət çəkir”

03 Noyabr 2026 / 11:08
29
Kreml: Zelenski zəng etsə, Putin telefonu qaldıracaq

Bu tarixdə Əbu-Dabidə Ukrayna – Rusiya danışıqları keçiriləcək

03 Noyabr 2026 / 8:08
13
3 yaşlı uşağını döyən ana həbs edilib

3 yaşlı uşağını döyən ana həbs edilib

02 Noyabr 2026 / 15:27
14
Razi Nurullayev:“Sahibkarların əsas problemi istehsal etdikləri malları satmağa bazar tapmamalarıdır”

Razi Nurullayev:“Sahibkarların əsas problemi istehsal etdikləri malları satmağa bazar tapmamalarıdır”

02 Noyabr 2026 / 15:19
15
Vüqar Dadaşov:”Heç bir dövlətlə yaxınlıq Azərbaycanın yenidən qurban verilməyəcəyinə zəmanət vermir”

Vüqar Dadaşov:”Bakı və Ankaranın regional təhlükəsizlik maraqlarında müəyyən fərqlərin mövcudluğunu göstərir”

02 Noyabr 2026 / 14:41
107
Kreml: Zelenski zəng etsə, Putin telefonu qaldıracaq

Kreml: Zelenski zəng etsə, Putin telefonu qaldıracaq

02 Noyabr 2026 / 14:37
22
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:”TDT üzv ölkələri ortaq maraqlar, strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri birləşdirir”

02 Noyabr 2026 / 11:56
87
Zelenski ərazi məsələsinə son qoydu: Ukrayna sülh naminə nədən imtina edəcək?

Zelenski ərazi məsələsinə son qoydu: Ukrayna sülh naminə nədən imtina edəcək?

02 Noyabr 2026 / 9:08
23
Razi Nurullayev:”Birinci növbədə kəndlə şəhər arasında kommunal ödənişlərdə fərq olmalıdır”

Razi Nurullayev:”Mentalitetimizə və toplum olaraq baxışımıza görə xəbərçilik pis hal sayılır”

02 Noyabr 2026 / 8:52
84
Floridada şəxsi təyyarə yaşayış məntəqəsinə çırpılıb: 9 nəfər ölüb, 600 nəfər təxliyə edilib

Floridada şəxsi təyyarə yaşayış məntəqəsinə çırpılıb: 9 nəfər ölüb, 600 nəfər təxliyə edilib

02 Noyabr 2026 / 8:35
19
“Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” adlı elmi-nəzəri konfrans keçirilib-Fotolar

Ehtiram Mehtiyev:“Əsl müstəqil hakim qanundan başqa heç kimdən asılı olmamalıdır”

29 Oktyabr 2026 / 19:04
78
İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

29 Oktyabr 2026 / 9:51
1
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:”Xəzər hövzəsi və Mərkəzi Asiyanı da əhatə edən daha geniş geosiyasi məkanın mühüm aktorlarından biri kimi qəbul olunur”

28 Oktyabr 2026 / 16:51
17
Yevlaxda ölümlə nəticələnən dəhşətli qəzanın səbəbi bilinib

Yevlaxda ölümlə nəticələnən dəhşətli qəzanın səbəbi bilinib

28 Oktyabr 2026 / 11:54
1
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb

28 Oktyabr 2026 / 11:49
7
Tramp Putin və Zelenski ilə görüşə eyham vurdu: dünya göründüyündən daha yaxındırmı?

Tramp Putin və Zelenski ilə görüşə eyham vurdu: dünya göründüyündən daha yaxındırmı?

28 Oktyabr 2026 / 11:41
25
Tramp yenidən Ukraynaya kömək etmək barədə bəyanat verdi: Amerikalılar harada səhv etdilər?

Tramp yenidən Ukraynaya kömək etmək barədə bəyanat verdi: Amerikalılar harada səhv etdilər?

28 Oktyabr 2026 / 11:34
11
Bakıda 225 nömrəli məktəbdə bədbəxt hadisə – Şagird öldü

Bakıda 225 nömrəli məktəbdə bədbəxt hadisə – Şagird öldü

28 Oktyabr 2026 / 11:21
21
Ukrayna 70 milyard avroluq maliyyə boşluğu ilə üz-üzədir: Brüssel müttəfiqlərinə nə tələb etdi

Ukrayna 70 milyard avroluq maliyyə boşluğu ilə üz-üzədir: Brüssel müttəfiqlərinə nə tələb etdi

28 Oktyabr 2026 / 11:00
14
İran: Tehran görüşü regional təhlükəsizlik üzrə dialoqu inkişaf etdirmək imkanı verdi

İran: Tehran görüşü regional təhlükəsizlik üzrə dialoqu inkişaf etdirmək imkanı verdi

28 Oktyabr 2026 / 10:44
18
Vüqar Dadaşov:”Heç bir dövlətlə yaxınlıq Azərbaycanın yenidən qurban verilməyəcəyinə zəmanət vermir”

Vüqar Dadaşov:”Heç bir dövlətlə yaxınlıq Azərbaycanın yenidən qurban verilməyəcəyinə zəmanət vermir”

28 Oktyabr 2026 / 10:40
78
Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının – Siyahısı

Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının – Siyahısı

28 Oktyabr 2026 / 10:23
30
İsraildə keçirilən ümumi seçkilərdə səslərin 28 faizinin hesablanması ilə Netanyahu blokuna daxil olmayan partiyalar önə keçib

İsraildə keçirilən ümumi seçkilərdə səslərin 28 faizinin hesablanması ilə Netanyahu blokuna daxil olmayan partiyalar önə keçib

28 Oktyabr 2026 / 10:14
22
 Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası seçkilərdə səsvermə müddətinin uzadılması üçün müraciət edib

 Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası seçkilərdə səsvermə müddətinin uzadılması üçün müraciət edib

27 Oktyabr 2026 / 20:37
1
Bakı Ekspo Mərkəzində “Azərbaycan və Özbək nağılları” kitabının təqdimatı keçirilib

Bakı Ekspo Mərkəzində “Azərbaycan və Özbək nağılları” kitabının təqdimatı keçirilib

27 Oktyabr 2026 / 20:27
8
Tramp Kiyevdən güzəşt tələb edir: Zelenski Qütb Donanması ilə sülh üçün sərt ultimatum səsləndirdi

Stubb və Stere Putinlə söhbətində Rusiyanın Ukraynanın enerji və infrastrukturuna zərbələrini azaltmaqda israr ediblər – Zelenski

27 Oktyabr 2026 / 16:40
7
Pərviz Şixaliyev:Hökumət regionlarda iş yerlərinin açılması üçün iş adamlarına cəlbedici təkliflər verməlidir”

Pərviz Şixaliyev:Hökumət regionlarda iş yerlərinin açılması üçün iş adamlarına cəlbedici təkliflər verməlidir”

27 Oktyabr 2026 / 16:34
48
Qazaxıstan prezidenti Tokayev Türkiyəyə səfər edəcək

Qazaxıstan prezidenti Tokayev Türkiyəyə səfər edəcək

27 Oktyabr 2026 / 16:28
18
BMT: Ukraynada 10,8 milyon insanın humanitar yardıma ehtiyacı var

BMT: Ukraynada 10,8 milyon insanın humanitar yardıma ehtiyacı var

27 Oktyabr 2026 / 16:24
16
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: [email protected]
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.