Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə Ukraynaya məxsus 209 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Avropa.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, PUA-lar Belqorod, Bryansk,Kursk, Voronej, Kaluqa, Rostov, Ryazan, Moskva vilayətləri, Stavropol və Krasnodar diyarları, Krım, həmçinin Qara və Azov dənizləri üzərində vurulub.






























