İngiltərə Dəniz Ticarət Əməliyyatları (UKMTO) Oman sahillərində Hörmüz boğazından keçən bir tankerin mənşəyi və növü məlum olmayan 3 sursatla hədəf alındığını açıqlayıb.
Avropa.info xəbər verir ki, UKMTO-nun ABŞ mərkəzli X şirkətinin sosial media platformasında edilən açıqlamada, Hörmüz boğazında bildirilən dəniz hadisəsinin Omanın Hasab şəhərindən 17 dəniz mili şərqində meydana gəldiyi bildirilib.
Açıqlamada bir tankerin mənşəyi və növü məlum olmayan 3 sursatla vurulduğu, hadisədə insan itkisinin olmadığı və ətraf mühitə heç bir təsir göstərmədiyi bildirilib.
Açıqlamada, səlahiyyətlilərin hadisə ilə bağlı araşdırma başlatdığı, Hörmüz boğazından keçən gəmilərə diqqətli olmaları və hər hansı şübhəli vəziyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə edilib.






























