Kayseridə velosipedindən yıxılan Melikqazi Bələdiyyəsinin özəl katibi Mustafa Tümgüç həyatını itirib.
Avropa.info-nun məlumata görə Tümgüç velosipedi ilə Erciyes dağından enərkən Mehmet Özhaseki bulvarında müvazinətini itirərək yola düşüb.
Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib.
Yoxlama zamanı öldüyü müəyyən edilən Tümgüçün cəsədi xəstəxana meyitxanasına aparılıb.
Melikqazi Bələdiyyə Başçısı Mustafa Palancıoğlunun qəzadan sonra hadisə yerinə gələrək səlahiyyətlilərdən məlumat aldığı öyrənilib.






























