Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında real strateji və iqtisadi tərəfdaşlığa söykənən münasibətlərin bariz nümunəsidir. Bu xalqların rifahına və regional təhlükəsizliyə xidmət edən rasional siyasətin təzahürüdür.
Avropa.info xəbər verir ki, bu unu Sosdem.az-a dövlət başçısının müsahibəsini şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.
“İqtisadi Sıçrayış Real Nəticələrin Göstəricisidir”
Millət vəkili Bakı və Daşkənd arasında “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə rəsmiləşən bağların konkret iqtisadi platformalarda öz əksini tapdığını vurğulayıb:
“İkitərəfli ticarət dövriyyəsinin 2025-ci ildə üç dəfədən çox artaraq 795 milyon dollara çatması və 500 milyon dollar kapitallı birgə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti real nəticələrin göstəricisidir”.
“Avrasiyanın Xəritəsini Yenidən Çəkilir”
MCP başqanı Azərbaycanın Mərkəzi Asiya regionu ilə dərinləşən inteqrasiyasına diqqət çəkib:
“Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qoşulması ilə “C5” formatının “C6″ya çevrilməsi, eyni zamanda “Yaşıl Dəhliz Birliyi” vasitəsilə enerjinin Xəzər üzərindən nəqli Avrasiyanın xəritəsini yenidən çəkir”.
“Türk Dünyası Güc Mərkəzinə Çevrilir”
Deputat TDT çərçivəsindəki birliyin strateji əhəmiyyətini qiymətləndirib:
“Füzulidə Mirzə Uluqbəy adına məktəb və 10-dan çox qardaşlaşmış şəhər modeli sarsılmaz birliyi möhkəmləndirir. Azərbaycan və Özbəkistanın TDT-dəki vahid mövqeyi Türk dünyasının siyasi, iqtisadi və hərbi güc mərkəzi kimi formalaşmasını sürətləndirir”.






























