Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avropa.info xəbər verir ki, hadisə avqustun 23-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində, şəhər şosesində, “Red Oil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Elvin Cəlilov idarə etdiyi “Mercedes E 200” markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən yolu sağdan sola keçmək istəyən 1966-cı il təvəllüdlü Mehriban Nağıyevanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.





























