İşğalçı İsrail fələstinliləri sürgün və hücumla hədələyərək, Qəzza zolağından uçan uçurtmaların İsrailin sərhəddəki yaşayış məntəqələrinə düşdüyünü iddia edib.
Avropa.info xəbər verir ki, İsrail Baş Nazirinin dəftərxanasından verilən açıqlamada, baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yisrael Katzın Baş Qərargah rəisi Eyal Zamir və İsrail ordusunun yüksək rütbəli komandirləri ilə vəziyyəti qiymətləndirmə toplantısı keçirdiyi bildirilib.
İclasda Qəzza zolağından uçan və İsrail yaşayış məntəqələrinə düşən uçurtmaların, pilotsuz uçuş aparatları və şar təhlükəsinin müzakirə edildiyi iddia edilib və uçurtmaların İsrail yaşayış məntəqələrinə düşməsinin qarşısı alınmasa, İsrail ordusunun uçuran bölgələrə intensiv hücumlar təşkil edəcəyi və insanları didərgin salacağı təhdid edilib.
Dünən İsrail mətbuatında Qəzza zolağında uşaqların uçurduğu uçurtmaların İsrail yaşayış məntəqələrinə düşdüyü və bunun bölgədəki israillilərin narahatlığına səbəb olduğu iddia edilmişdi.
İsrail ordusu uçurtmalarla bağlı şübhəli heç nə olmadığını açıqlayıb.
İsrailin müdafiə naziri Katz orduya bu məsələ ilə bağlı sərt addım atmağı tapşırdığını bəyan edib.





























