ABŞ Prezidenti Donald Tramp sentyabr ayında İrlandiyaya səfər etmək niyyətindədir.
Avropa.info xəbər verir ki, məlumatı “The New York Post” qəzeti ABŞ administrasiyasının adı açıqlanmayan rəsmisinə istinadən yayıb. Məlumata görə, Amerika lideri İrlandiyada özünə məxsus qolf meydançasında keçiriləcək İrlandiya Açıq qolf turnirinə qatılmağı planlaşdırır.
Nəşrin məlumatına görə, ABŞ prezidentinin İrlandiyaya səfəri yarışın son iki günü olan 12 və 13 sentyabr tarixlərinə planlaşdırılıb. Tramp sonuncu dəfə prezident kimi İrlandiyadakı qolf klubuna 2019-cu ildə baş çəkib.





























