Avqustun 1-də anasını qətlə yetirərək həbs edilən Elvin Məmmədov dünyasını dəyişib.
Onun vəfatının səbəbi hələlik bilinmir.
Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır.
Qeyd edək ki, avqust ayının 1-də Bakının Sabunçu qəsəbəsində 54 yaşlı Sevinc Şahmar qızı Məmmədova münaqişə zəminində bıçaqla qətlə yetirilib.






























