Bakıda 8 yaşli uşaq yıxılaraq ölüb

Bakının Sabunçu rayonunda 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Avrop.info xəbər verir ki, hadisə rayonun Ramana qəsəbəsinin Sovxoz adlanan ərazisində qeydə alınıb.

Belə ki, 2018-ci il təvəllüdlü Yusif Dövlət oğlu Əmənov digər uşaqlarla birlikdə həyətdə oynayarkən dəmir barmaqlığın üzərinə çıxıb. O, barmaqlıqdan yerə tullanarkən ağır xəsarətlər alıb.

Yusif Əmənov aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Azyaşlının meyiti müayinə olunması üçün morqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ