ABŞ İranın Hörmüz boğazından keçmək üçün rüsum almasına icazə verməyəcək.
Avropa.info xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə deyib: “Mən onların rüsum almasına icazə verməyəcəyəm. Kimsə bunu edəcəksə, bu, biz olacağıq”.
Tramp vurğulayıb ki, rüsum məsələsi Vaşinqton və Tehran arasındakı danışıqlarda müzakirə olunmur.






























