01 - 05 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Tarixi təşəbbüs: Buna ancaq Heydər Əliyev fenomeni nail ola bilərdi

Aprel 26, 2025
Siyasət
A A

Ana dili xalqın tarixi keçmişi, milli irsi, mənəviyyatı, böyük sərvəti və varlığının ən əsas təminatçısıdır. Hər bir xalqın milli-mənəvi dəyərlərini, tarixini yaşadan məhz onun dilidir.

Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Bu baxımdan, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması istiqamətindəki tarixi fəaliyyəti danılmazdır. Dahi lider bütün ömrü boyu milli irsimizi, dilimizi, tariximizi, ədəbiyyatımızı yad təsirlərdən qorumuş, gələcək nəsillərə olduğu kimi ötürülməsi üçün əlindən gələni əsirgəməyib.

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”, -deyən Ümummilli Lider bu ali məqsəd uğrunda təkcə müstəqillik illərində deyil, həm də Azərbaycanda birinci dəfə hakimiyyətdə olarkən (1969-1982-ci illərdə) çalışıb.

Həmin illərdə respublikamızın SSRİ-nin tərkibində olmasına baxmayaraq, Heydər Əliyev böyük qətiyyət nümayiş etdirmiş, Azərbaycan dilinin qorunması və mövqeyinin möhkəmlənməsi üçün yorulmadan səy göstərib.
Ulu Öndər Azərbaycan dilinin nüfuzunun artırılması üçün islahatlara, ilk növbədə, Sovet Azərbaycanının rəsmi həyatında, mötəbər tədbirlərdə ana dilində danışmaq ənənəsinin əsasını qoymaqla başladı. Bu, həmin dövr üçün son dərəcə cəsarətli bir addım idi.

Heydər Əliyevin Azərbaycan dilinin statusunun möhkəmləndirilməsi və təsdiqlənməsi istiqamətində gördüyü ən mühüm işlərdən biri isə şübhəsiz ki, 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR-in Konstitusiyasında ana dilimizin rəsmi status alması oldu. Bu, Ümummilli Liderin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Çünki Heydər Əliyev bu addımı ilə gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qoruyub.
Ulu Öndər 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış etmiş, 73-cü maddəni aşağıdakı redaksiyada verməyi təklif etmişdir: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu tarixi təklifi 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapıb.

Həmin dövr üçün bu, mümkünsüz bir məsələ idi. Çünki təkcə Azərbaycanda deyil, bir çox SSRİ respublikalarında milli dil ikinci dərəcəli hesab edilirdi. Bundan başqa, 1977-ci ildə qəbul edilmiş SSRİ Konstitusiyasından sonra bütün respublikalarda “vahid dil – rus dili” siyasəti geniş vüsət almışdı. Belə bir şəraitdə Azərbaycan dilinin rus dili ilə bərabər status daşımasına yalnız Heydər Əliyev fenomeni nail ola bilərdi.

Ümummilli Lider müstəqillik dövründəki fəaliyyətində də Ana dilinin qorunması məsələsini daim diqqət mərkəzində saxlayib.

Heydər Əliyevin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci il oktyabrın 31-də Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən müzakirələr nəticəsində Azərbaycan dilinin qanuni haqqı yenidən özünə qaytarıldı. Belə ki, 12 noyabr 1995-ci il tarixində qəbul edilmiş ilk milli Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi təsbit edildi.

Heydər Əliyev 2001-ci ilin iyun ayında “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin ilin iyul ayında isə “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” fərmanlar imzaladı. Çox keçmədi ki, Ümummilli Liderin sərəncamı ilə 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis olundu.

Beləliklə, “İnkişaf etmiş, zəngin dil və mədəniyyətə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”, – deyən Heydər Əliyevin Azərbaycan dilinin qorunması və zənginləşməsi istiqamətində əvəzsiz xidmətləri olub.

Ülviyyə Ağayeva,
Milli Məclisin deputatı 

Əvvəlki Yazı

Respublika Gənclər Kitabxanasında görkəmli alim, Əməkdar elm xadimi Mir Cəlala həsr edilən sislsilə materiallar davam edir

Növbəti Yazı

“Bəlkə də böyük pullar xərcləsəydik, belə uğurlu olmazdı”- Rəşad Sadıqov -Video

XƏBƏR LENTİ

“Qanun adamı” Bahadur Quliyev: Müəllimlikdən polkovnikliyə şərəfli ömür yolu – FOTOLAR

“Qanun adamı” Bahadur Quliyev: Müəllimlikdən polkovnikliyə şərəfli ömür yolu – FOTOLAR

30 Aprel 2026 / 18:42
7
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu

“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu

30 Aprel 2026 / 14:56
3
Muğam Mərkəzində Novruz Novruzlunun anım gecəsi: “Savalan” səhnəyə çıxır

Muğam Mərkəzində Novruz Novruzlunun anım gecəsi: “Savalan” səhnəyə çıxır

30 Aprel 2026 / 11:01
49
Uşaq kitabxanasında “Nağıl dünyasına səyahət” adlı tədbir keçirilib-Fotolar

Uşaq kitabxanasında “Nağıl dünyasına səyahət” adlı tədbir keçirilib-Fotolar

29 Aprel 2026 / 22:03
20
Bir gün “Uşaqlığım dönsəydi geri” və “Nar çiçəyi”adlı kitabların təqdimatı baş tutub -Fotolar

Bir gün “Uşaqlığım dönsəydi geri” və “Nar çiçəyi”adlı kitabların təqdimatı baş tutub -Fotolar

29 Aprel 2026 / 21:57
43
“Müəllif saatı” layihəsi çərçivəsində yazıçı Zahid Xəlil ilə görüş

“Müəllif saatı” layihəsi çərçivəsində yazıçı Zahid Xəlil ilə görüş

28 Aprel 2026 / 18:40
35
Kitab və Müəlliflik Hüquqları Günü münasibətilə şagirdlərlə silsilə görüşlər keçirilib-Fotolar

Kitab və Müəlliflik Hüquqları Günü münasibətilə şagirdlərlə silsilə görüşlər keçirilib-Fotolar

28 Aprel 2026 / 18:36
58
“Müəllif saatı” layihəsi çərçivəsində xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib-Fotolar

“Müəllif saatı” layihəsi çərçivəsində xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib-Fotolar

24 Aprel 2026 / 19:33
88
İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

“İntizam tənbehi yox, CİNAYƏT MƏSULİYYƏTİ”-Vüqar Dadaşov

24 Aprel 2026 / 10:00
147
Akademik Musiqili Teatrın kollektivi Nəsibə Zeynalovanın xatirəsini yad edib – FOTO

Akademik Musiqili Teatrın kollektivi Nəsibə Zeynalovanın xatirəsini yad edib – FOTO

23 Aprel 2026 / 10:46
52
Respublika Gənclər Kitabxanasında dil və milli kimlik mövzusunda konfrans keçirildi – FOTOLAR

Respublika Gənclər Kitabxanasında dil və milli kimlik mövzusunda konfrans keçirildi – FOTOLAR

22 Aprel 2026 / 21:05
60
Tarixdən Gələcəyə Körpü: Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş elektron resurs

Tarixdən Gələcəyə Körpü: Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş elektron resurs

21 Aprel 2026 / 21:24
86
İnsan “məhsula” çevriləndə: “Leziz kadavralar”ın düşündürdükləri – LARA YEMEZ YAZIR

İnsan “məhsula” çevriləndə: “Leziz kadavralar”ın düşündürdükləri – LARA YEMEZ YAZIR

21 Aprel 2026 / 20:26
66
Azərbaycan–Misir dostluğunu əks etdirən sərgi keçirildi – FOTOLAR

Azərbaycan–Misir dostluğunu əks etdirən sərgi keçirildi – FOTOLAR

21 Aprel 2026 / 20:13
188
Yaxın Şərqdə “sakitlik” illüziyası: Gizli eskalasiya dərinləşir

Yaxın Şərqdə “sakitlik” illüziyası: Gizli eskalasiya dərinləşir

21 Aprel 2026 / 12:41
62
Çiğdem Ərdoğan: Hər dəfə Azərbaycana gələndə o hekayəni bir daha xatırlayıram – VİDEO \ FOTOLAR

Çiğdem Ərdoğan: Hər dəfə Azərbaycana gələndə o hekayəni bir daha xatırlayıram – VİDEO \ FOTOLAR

20 Aprel 2026 / 20:45
69
AMEA Azad Həmkarlar İttifaqı MEK əməkdaşları ilə görüş keçirib – FOTOLAR

AMEA Azad Həmkarlar İttifaqı MEK əməkdaşları ilə görüş keçirib – FOTOLAR

20 Aprel 2026 / 19:54
69
Gənclərin inkişafına töhfə: yazıçı İlqar Kamil ilə görüş keçirilib-Fotolar

Gənclərin inkişafına töhfə: yazıçı İlqar Kamil ilə görüş keçirilib-Fotolar

20 Aprel 2026 / 15:42
81
Avrasiya Universitetində ana dilimizin mədəni missiyasına həsr olunan ictimai müzakirə keçirildi – FOTOLAR

Avrasiya Universitetində ana dilimizin mədəni missiyasına həsr olunan ictimai müzakirə keçirildi – FOTOLAR

19 Aprel 2026 / 12:24
77
Xırdalan şəhərində ağlasığmaz HADİSƏ: Qadını oğurlamaq istədilər – FOTO

Xırdalan şəhərində ağlasığmaz HADİSƏ: Qadını oğurlamaq istədilər – FOTO

17 Aprel 2026 / 20:05
76
Müəllif saatı” layihəsi çərçivəsində yazıçı Gülzar İbrahimova ilə Görüş-Fotolar

Müəllif saatı” layihəsi çərçivəsində yazıçı Gülzar İbrahimova ilə Görüş-Fotolar

17 Aprel 2026 / 19:03
93
Qadın işəgötürənlərdən QLOBAL TƏŞƏBBÜS: Türk dövlətlərini də əhatə edəcək – FOTO

Qadın işəgötürənlərdən QLOBAL TƏŞƏBBÜS: Türk dövlətlərini də əhatə edəcək – FOTO

16 Aprel 2026 / 9:25
92
Anar Əsədli vəkillərindən imtina etdi

Anar Əsədlinin hüquqlarını bu vəkil müdafiə edəcək

15 Aprel 2026 / 21:08
73
Daşkənddə Azərbaycan və özbək nağıllarından ibarət kitabların təqdimatı olub-Fotolar

Daşkənddə Azərbaycan və özbək nağıllarından ibarət kitabların təqdimatı olub-Fotolar

15 Aprel 2026 / 17:13
86
Deputat Razı Nurullayev MCP-nin qərargahında göruş keçirib

Deputat Razı Nurullayev MCP-nin qərargahında göruş keçirib

13 Aprel 2026 / 19:18
91
İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

Vüqar Dadaşov -“ABŞ tərəflərinin İslamabadda danışıqlar masasında nəticələr əldə edəcəyinə inam öncədən az idi”

13 Aprel 2026 / 15:55
142
Türkiyə nümayəndə heyəti Azərbaycana gəldi

Türkiyə nümayəndə heyəti Azərbaycana gəldi

13 Aprel 2026 / 14:01
78
Sumqayıtda Azərbaycan dilinə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

Sumqayıtda Azərbaycan dilinə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

12 Aprel 2026 / 22:25
75
Anar Əsədli vəkillərindən imtina etdi

Anar Əsədli vəkillərindən imtina etdi

12 Aprel 2026 / 20:54
83
Ermənilər quru sərhəddən keçərək Azərbaycana gəldi – FOTOLAR

Ermənilər quru sərhəddən keçərək Azərbaycana gəldi – FOTOLAR

10 Aprel 2026 / 16:27
81
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.