Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan da respublikanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə gətirilib.
Avropa.info xəbər verir ki,bu barədə avqustun 25-də 24News.am telekanalı məlumat yayıb.
“Robert Köçəryan və oğlu Sedrak Köçəryan həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bu məlumatı təsdiqləyib”, – telekanalın açıqlamasında deyilir.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi korrupsiya ilə bağlı işlərdə aparılan kütləvi yoxlamaları əsas gətirərək Sedrak Köçəryanın həbsini şərh etməkdən imtina edib.
“Hamı oturacaq”: Ermənistan hakimiyyəti müxalifətə təzyiqləri niyə artırıb?
Həmin gün müxalif parlamentdəki “Ermənistan” fraksiyasının üzvü, respublikanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanın evinə maskalı təhlükəsizlik qüvvələri gəlib. Köçəryanın partiya yoldaşı Mesrop Mankyan bildirib ki, siyasətçilərin həbsi ilə bağlı qərar birbaşa “parlament tribunasından” verilib.
Daha sonra Robert Köçəryanın özünün də saxlanması məlum olub. Keçmiş prezidentin ofisi Köçəryanın ailəsinə təzyiqlərin başladığını elan edib, həmçinin vergi xidmətinin siyasətçinin ailəsinə məxsus “Toyota” avtosalonunu möhürlədiyini bildirib. Bundan əlavə, müstəntiqlər Orange Fitness idman kompleksinə gəliblər.




























