14 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

“Təyyarə Qroznı yaxınlığında zədələnibsə, bu, PUA zərbəsi ehtimalını da yaradır”-Sergey Markov

Dekabr 27, 2024
Siyasət
A A

AZAL-a məxsus təyyarənin Qroznı yaxınlığında vurulma ehtimalı yüksəkdir. Çünki hadisə baş verən anda Ukrayna PUA-larının Qroznıya hücumları müşahidə olunurdu. Hava Hücumundan Müdafiə (HHM) sistemləri işə düşmüşdü. Yayılan videolarda təyyarənin gövdəsindəki zədələr aydın görünür. Bunun Ukrayna PUA-ları tərəfindən törədildiyi ehtimalı da nəzərdən keçirilir. Təyyarə Aktauya qədər 500 km məsafə qət edib, raket zərbəsi bu qədər məsafəni qət etməyə imkan verməzdi və PUA ilə zədə almaq ehtimalı da var.

Avropa.info xəbər verir ki, bu sözləri Axar.az-a rusiyalı politoloq Sergey Markov 25 dekabrda AZAL-a məxsus təyyarənin Qroznı səmasında Rusiya HHM tərəfindən vurulması ilə bağlı məlumatı şərh edərkən deyib.

Onun sözlərinə görə, təyyarə Qroznı yaxınlığında zədələnibsə, bu, PUA zərbəsi ehtimalını da yaradır:

“Raket zərbəsi nəticəsində ciddi zədə alsaydı, təyyarənin bu qədər uzun məsafəni qət etməsi çətin olardı. Buna görə də təyyarənin PUA zərbəsi nəticəsində xəsarət alması daha real görünür.

Buna baxmayaraq, zədə Rusiya HHM-dən təsadüfən açılan atəşin nəticəsi də ola bilər. Rusiya tərəfinin qəsdən Azərbaycan təyyarəsinə atəş açması az ehtimaldır”.

Politoloq Rusiyanın məsələyə hər hansı münasibət bildirməməsinə də aydınlıq gətirib:

“Hadisənin başvermə səbəbləri ilə bağlı Rusiya tərəfi rəsmi açıqlama verməyib, çünki araşdırma hələ davam edir. Əgər təyyarənin Rusiya HHM sistemləri tərəfindən vurulduğu təsdiqlənərsə, Rusiya və Azərbaycan arasındakı dostluq əlaqələri nəzərə alınaraq, Rusiya hökumətinin rəsmi üzr istəməsi və məsuliyyətli şəxsləri cəzalandırması gözlənilir. Bununla yanaşı, Rusiya, heç şübhəsiz, AZAL-a təyyarəsinin itirilməsinə və sərnişinlərin həyatına görə təzminat ödəyəcək”.

Rusiya Hava Limanlarının AZAL təyyarəsini qəbul etməməsinin səbəbini isə politoloq PUA hücumu ilə əlaqələndirib:

“Hava dispetçerlərinin təyyarəni ən yaxın Rusiya hava limanına deyil, Aktauya yönəltməsi ilə bağlı suala gəlincə, bunun səbəbləri tam dəqiqliklə məlum deyil. Böyük ehtimalla, Mahaçqala limanı da PUA hücumlarına məruz qaldığı üçün bağlanmışdı. Üstəlik, hava şəraiti də əlverişsiz idi. Yalnız Mahaçqala deyil, Şimali Qafqaz regionunda bir neçə hava limanı AZAL təyyarəsinin “dost atəşinə” məruz qalmasından sonra bağlanıb.

Başqa bir maraqlı məqam isə təyyarənin niyə Bakıya deyil, Aktauya uçmasıdır. Aktau ilə Bakı arasındakı məsafə demək olar ki, eynidir. Aktauya 500 km, Bakıya 550 km təşkil edir. Bu qərarı adətən təyyarə komandiri verir. Yəqin ki, Aktau həmin anda ən yaxın açıq hava limanı olub və təyyarə oraya eniş edib”.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb

Əvvəlki Yazı

Xankəndində 70 yaşlı erməni qadın vəfat edib

Növbəti Yazı

Prezident İlham Əliyev 3 fərman, 1 sərəncam imzaladı

XƏBƏR LENTİ

Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

13 İyun 2026 / 21:40
10
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

13 İyun 2026 / 13:42
3
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

13 İyun 2026 / 13:41
2
Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

13 İyun 2026 / 12:03
16
Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

13 İyun 2026 / 9:56
2
Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

13 İyun 2026 / 9:48
2
Şuşada TDT Forumu keçirilir

Şuşada TDT Forumu keçirilir

13 İyun 2026 / 9:44
6
 Ohanyan məcburi məhkəməyə gətirilir

 Ohanyan məcburi məhkəməyə gətirilir

13 İyun 2026 / 9:37
1
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

13 İyun 2026 / 9:33
1
Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

13 İyun 2026 / 9:28
7
Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

13 İyun 2026 / 1:19
55
Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

13 İyun 2026 / 1:13
38
Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

05 İyun 2026 / 8:41
40
“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

05 İyun 2026 / 7:41
47
Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

04 İyun 2026 / 20:51
2
“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

04 İyun 2026 / 20:48
6
Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

03 İyun 2026 / 12:44
16
Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

03 İyun 2026 / 11:22
26
“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

03 İyun 2026 / 11:09
2
Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

03 İyun 2026 / 9:43
25
Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

03 İyun 2026 / 9:29
120
Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

03 İyun 2026 / 9:17
81
Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

02 İyun 2026 / 23:20
9
Prezident Administrasiyasında MCP başqanı ilə görüş keçirilib

Prezident Administrasiyasında MCP başqanı ilə görüş keçirilib

02 İyun 2026 / 16:09
66
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

02 İyun 2026 / 14:09
3
Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı – Azərbaycan da siyahıya salına bilər

Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı – Azərbaycan da siyahıya salına bilər

02 İyun 2026 / 13:05
34
“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib

“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib

02 İyun 2026 / 11:39
54
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Respublika Uşaq Kitabxanasında qeyd ediblər-Fotolar

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Respublika Uşaq Kitabxanasında qeyd ediblər-Fotolar

02 İyun 2026 / 11:28
44
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu

Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu

02 İyun 2026 / 0:34
3
Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub

Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub

01 İyun 2026 / 20:16
15
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.