07 - 11 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

Səssizliyin səsi: İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” hekayəsinin daxili ahəngi

İyul 24, 2025
Araşdırma
A A

Bu yaxınlarda  Milli Məclisin deputatı, Əməkdar jurnalist, tanınmış yazıçı İmamverdi İsmayılovun yerli mətbuatda dərc edilmiş “Bayquş və qarovulçu” hekayəsini oxudum. Hekayə barədə dəyərli müəllimim, akademik Nizami Cəfərovun dərin təhlil məqaləsindən sonra tələbəsinin nələrsə yazmağı çox çətin olur. Bir müddət tərəddüddən sonra hekayə barədə təəssüratlarımı yazmağa qərar verdim.

***

Ədəbiyyatın ən güclü silahlarından biri simvollardır. Əgər yazıçı gündəlik hadisə və obrazları dərin mənalarla yükləməyi bacarırsa, ortaya oxunaqlı əsər çıxara bilir. Məncə, müəllif “Bayquş və qarovulçu” hekayəsində bunun öhdəsindən uğurla gələ bilib. Bu hekayədə müəllif bayquş obrazını təkcə bir quş kimi yox, həm də bir dövrün psixoloji, ictimai və mənəvi yükünün simvolu kimi təqdim edir. Hekayənin poetik dili və mifoloji elementlərlə zəngin quruluşu onu sıradan bir süjet yox, çoxqatlı mənalandırma üçün zəngin bir mənbəyə çevirir.

Əsərin mərkəzi simvolu olan bayquş, xalq inanclarında qorxu, ölüm və bədbəxtlik əlaməti kimi görünür. Bu, hekayədəki yaşlı nəslin (qarovulçunun və bağ sahibinin) düşüncəsində dominantdır. Onlar üçün bayquşun səsi sadəcə bir quşun səsi deyil, eyni zamanda həyatlarında baş verə biləcək fəlakətin, uğursuzluğun başlanğıcıdır. Bu baxış mifoloji düşüncənin, qorxu və anlayışsızlıqla yoğrulmuş simvolizmin ifadəsidir.

Lakin hekayəyə nəvənin müdaxiləsi ilə yeni bir qavrayış daxil olur. Nəvə rasional düşüncənin, təbiətsevərliyin və elmi-mifoloji bilginin daşıyıcısı kimi çıxış edir. O, bayquşu “bəy quşu” adlandırır, onun ekosistem üçün faydasından, türk şamanlığında müqəddəs qəbul olunmasından danışır. Beləliklə, bayquş həm qorxunun, həm də müdrikliyin simvoluna çevrilir, simvolun anlamı nəsillər arasında dəyişir, dönüşə uğrayır.

Əsərdə qarovulçu obrazı hekayənin “iç səsi” kimi işlənib. O, öz dünyası ilə barışmayan, keçmişlə bu gün arasında ilişib qalan insandır. Qarovulçunun gecə yuxusuzluğu, ömrünün “bayquş kimi ulaması”, həyatındakı psixoloji tənəzzül və ziddiyyətlər onun əslində daxili mənəvi boşluğunun metaforasıdır. Bayquşun gəlişi ilə yaşadığı gərginlik, əslində, onun ruhunda çoxdan bəri mövcud olan ziddiyyətlərin üzə çıxmasıdır. Bu duyğular içərisində peşmanlıq, tənhalıq və s. özünü büruzə verir.

Bu baxımdan, bayquş xarici təhdid deyil, daxili fırtınaların simvoludur. Bayquşun səsi qarovulçunun içindəki vicdan, yaddaş, keçmişə bağlılıq və ömrünün qocalıq çağında duyduğu mənasızlıqla qarşılaşmanın ifadəsidir.

Əsərdə simvollaşmış elementlərdən biri də bağdır. Müəllif bu bağ ilə hekayədə həyat, səliqə, nizam simvolunu yarada bilib. Qarovulçunun qulluq etdiyi bağ və onun gözəlliyindən aldığı qürur, özünəməxsusluğunu qorumağa çalışdığı həyat fəlsəfəsini təmsil edir. Lakin bağın yaxınlığındakı xarabalıq və orda yerləşən bayquş yuvası bu nizamın təhdid altında olduğunu göstərir.

Bağ və xarabalıq arasındakı bu ziddiyyət, əslində müəyyənləşdirilmiş dünya ilə xaotik və anlaşılmayan dünya arasında qarşıdurmadır. Bayquş da bu ziddiyyətin simvolik mərkəzidir. Bu mərkəz nə bağa, nə də xarabalığa tam aid deyil. O, keçid məkanının, sərhəddə mövcud olan canlılığın simvoludur. Eynilə qarovulçunun da həyatla ölüm, dincliklə qorxu, məhrəmliklə yadlıq arasında ilişib qalması kimi, rəmzlərin inandırıcı boyalara keçidini obrazlaşdırır.
Hekayədə diqqət çəkən məqamlardan biri də bayquşun “səsi”nin sadəcə fiziki səs olmayıb, metafizik çağırış olmasıdır. Hekayənin kulminasiya nöqtələrindən birində müəllif bayquşun ağzından bir növ “şikayətnamə” verir:

“Mən səslənirəm, dünyaya, kainata car çəkirəm…”

Bu fraqmentdə bayquşun obrazı dünya nizamının şahidi və xəbərdarlıq edən dili kimi təqdim olunur. Bu isə onu sırf folklor simvolundan ayırıb, metafizik simvola çevirir. Sanki bayquş bu kainatda baş verən haqsızlıqlara qarşı səssizliyin içindən car çəkən qasiddir.

Bu hekayə yalnız bir bayquşun ulaması ətrafında qurulmuş deyil, həm də sabitləşmiş miflərlə müasir rasionalizmin, qorxu ilə bilginin, təbiətlə insanın, yaşlılıqla gəncliyin, yaddaşla inkarın qarşılaşmasıdır. Bayquş bu ziddiyyətlərin mərkəzində dayanan və onların hər birini daşıyan çoxqatlı bir simvoldur.

Bayquşun səsi sükut içindəki fəryaddır. Görünməzlik içindəki görünmə istəyidir. Rədd edilən, amma əvəzsiz olanın simvoludur.

Bu baxımdan, hekayə simvolizm baxımından zəngin, fəlsəfi yüklü, məna qatları dərinləşdirilmiş bir mətn kimi dəyərləndirilə bilər. Onun əsas mesajı bəlkə də budur: hər şeyin səsini dinləmək üçün, öz içinə qulaq verməyi bacarmalısan. Bayquş da səndədir, qorxduğun da…

Bəzən bir gecənin səssizliyində gələn səslər bizə çox şey danışar. Danışar, amma dil ilə yox. Dərk edə bilmədiyimiz bu duyğular hisslərlə, çağırışla, hətta içimizi sızladan bir xatirə ilə günlərlə qəlbimizi məşğul edir. Elə həmin gecə hekayəsində olduğu kimi, bir bayquşun ulaması bir qarovulçunun bütün həyatını silkələyir.

Bizim cəmiyyətlərdə bayquşun adı gələndə dərhal gözlərdə qorxu yaranır. “Bayquş ölümdür”, “Bayquş bədbəxtlik gətirər” kimi ifadələr çoxumuza tanışdır. Amma biz bu “bəy quşunun” nə demək istədiyini heç düşündükmü? Onun doğrudan da qorxulu olduğunu sübut edən varmı?

Hekayədəki qarovulçu illərlə bir bağa göz qoymuş, əlləri torpaqla, ağacla, çiçəklə yoğrulmuş bir adam bayquşun səsi ilə psixoloji bir uçuruma sürüklənir. Onun qorxusu fiziki deyil, daxili bir sarsıntının, uzun illərin yığılmış həyəcanının ifadəsidir. Əslində, bu bayquş onun unudulmuş keçmişinin, rahat buraxmadığı vicdanının və bir zamanlar itirdiyi mənaların səsi idi.

Bu qarovulçunun qorxduğu bayquş, nəvəsinin gözündə tamam fərqli bir varlıqdır. Gənc nəvə ona izah edir ki, bayquş zərərli deyil, o təbiətin bir parçasıdır, özü də çox vacib bir parçası. Bayquş təkcə gecənin deyil, həm də elmin, hətta türk mifologiyasında mühüm yer tutan əsas obrazdır. Yəni burada nəsillərin fərqli baxış bucaqları üzə çıxır. Nəsillər arasında ziddiyyət özünü bu şəkildə ortaya qoyur: biri qorxur, digəri anlayır.

Bəs niyə bu qədər qorxuruq? Çünki çox zaman bilmədiyimiz şeylər bizə təhlükəli gəlir. Biz elmdən uzaqlaşdıqca, miflərə və qorxulara sarılırıq. Halbuki hekayədəki nəvə kimi, bir az araşdırsaq, bir az dinləsək, bir az da təbiətə yaxınlaşsaq, görərik ki, bayquşlar nə düşməndir, nə də fəlakət carçısı.

Bayquş bu hekayədə bir simvoldur. O, unudulmuş səsin, içimizdəki boşluğun, bəzən də bizim özümüzə qulaq asmamağımızın simvoludur. Hər axşam səsi gələn bu quş bəlkə də bu mesajı verir: “Ey insan, məni yox, özünü dinlə!”

Biz çox zaman sükutun içində gizlənən səsləri eşitmirik. Amma bəzən bir bayquşun səsi belə bizə unudulmuş bir həqiqəti xatırlada bilər. Çünki qorxduğumuz şeylər, əslində anlaya düşmədiklərimizdir. Anlamaq isə insan üçün ən böyük işıqdır. Bu hekayə bizə elə bunu xatırladır.

Rəsul Mirhəşimli

Əvvəlki Yazı

Somalını xatırladan Zərdab rayonu

Növbəti Yazı

Kadırov Bodrumda Xəstəxanaya yerləşdirildi-Dənizdə boğulmuş

XƏBƏR LENTİ

Kiber-tələ: Deputatın adından istifadə edirlər – DİQQƏT

Kiber-tələ: Deputatın adından istifadə edirlər – DİQQƏT

04 Noyabr 2026 / 11:21
47
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:”Bu qərarın ABŞ-nin artan hərbi təzyiqləri fonunda verilməsi xüsusilə diqqət çəkir”

03 Noyabr 2026 / 11:08
29
Kreml: Zelenski zəng etsə, Putin telefonu qaldıracaq

Bu tarixdə Əbu-Dabidə Ukrayna – Rusiya danışıqları keçiriləcək

03 Noyabr 2026 / 8:08
13
3 yaşlı uşağını döyən ana həbs edilib

3 yaşlı uşağını döyən ana həbs edilib

02 Noyabr 2026 / 15:27
14
Razi Nurullayev:“Sahibkarların əsas problemi istehsal etdikləri malları satmağa bazar tapmamalarıdır”

Razi Nurullayev:“Sahibkarların əsas problemi istehsal etdikləri malları satmağa bazar tapmamalarıdır”

02 Noyabr 2026 / 15:19
15
Vüqar Dadaşov:”Heç bir dövlətlə yaxınlıq Azərbaycanın yenidən qurban verilməyəcəyinə zəmanət vermir”

Vüqar Dadaşov:”Bakı və Ankaranın regional təhlükəsizlik maraqlarında müəyyən fərqlərin mövcudluğunu göstərir”

02 Noyabr 2026 / 14:41
106
Kreml: Zelenski zəng etsə, Putin telefonu qaldıracaq

Kreml: Zelenski zəng etsə, Putin telefonu qaldıracaq

02 Noyabr 2026 / 14:37
22
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:”TDT üzv ölkələri ortaq maraqlar, strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri birləşdirir”

02 Noyabr 2026 / 11:56
87
Zelenski ərazi məsələsinə son qoydu: Ukrayna sülh naminə nədən imtina edəcək?

Zelenski ərazi məsələsinə son qoydu: Ukrayna sülh naminə nədən imtina edəcək?

02 Noyabr 2026 / 9:08
23
Razi Nurullayev:”Birinci növbədə kəndlə şəhər arasında kommunal ödənişlərdə fərq olmalıdır”

Razi Nurullayev:”Mentalitetimizə və toplum olaraq baxışımıza görə xəbərçilik pis hal sayılır”

02 Noyabr 2026 / 8:52
84
Floridada şəxsi təyyarə yaşayış məntəqəsinə çırpılıb: 9 nəfər ölüb, 600 nəfər təxliyə edilib

Floridada şəxsi təyyarə yaşayış məntəqəsinə çırpılıb: 9 nəfər ölüb, 600 nəfər təxliyə edilib

02 Noyabr 2026 / 8:35
19
“Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” adlı elmi-nəzəri konfrans keçirilib-Fotolar

Ehtiram Mehtiyev:“Əsl müstəqil hakim qanundan başqa heç kimdən asılı olmamalıdır”

29 Oktyabr 2026 / 19:04
78
İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

29 Oktyabr 2026 / 9:51
1
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:”Xəzər hövzəsi və Mərkəzi Asiyanı da əhatə edən daha geniş geosiyasi məkanın mühüm aktorlarından biri kimi qəbul olunur”

28 Oktyabr 2026 / 16:51
17
Yevlaxda ölümlə nəticələnən dəhşətli qəzanın səbəbi bilinib

Yevlaxda ölümlə nəticələnən dəhşətli qəzanın səbəbi bilinib

28 Oktyabr 2026 / 11:54
1
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb

28 Oktyabr 2026 / 11:49
7
Tramp Putin və Zelenski ilə görüşə eyham vurdu: dünya göründüyündən daha yaxındırmı?

Tramp Putin və Zelenski ilə görüşə eyham vurdu: dünya göründüyündən daha yaxındırmı?

28 Oktyabr 2026 / 11:41
25
Tramp yenidən Ukraynaya kömək etmək barədə bəyanat verdi: Amerikalılar harada səhv etdilər?

Tramp yenidən Ukraynaya kömək etmək barədə bəyanat verdi: Amerikalılar harada səhv etdilər?

28 Oktyabr 2026 / 11:34
11
Bakıda 225 nömrəli məktəbdə bədbəxt hadisə – Şagird öldü

Bakıda 225 nömrəli məktəbdə bədbəxt hadisə – Şagird öldü

28 Oktyabr 2026 / 11:21
21
Ukrayna 70 milyard avroluq maliyyə boşluğu ilə üz-üzədir: Brüssel müttəfiqlərinə nə tələb etdi

Ukrayna 70 milyard avroluq maliyyə boşluğu ilə üz-üzədir: Brüssel müttəfiqlərinə nə tələb etdi

28 Oktyabr 2026 / 11:00
14
İran: Tehran görüşü regional təhlükəsizlik üzrə dialoqu inkişaf etdirmək imkanı verdi

İran: Tehran görüşü regional təhlükəsizlik üzrə dialoqu inkişaf etdirmək imkanı verdi

28 Oktyabr 2026 / 10:44
18
Vüqar Dadaşov:”Heç bir dövlətlə yaxınlıq Azərbaycanın yenidən qurban verilməyəcəyinə zəmanət vermir”

Vüqar Dadaşov:”Heç bir dövlətlə yaxınlıq Azərbaycanın yenidən qurban verilməyəcəyinə zəmanət vermir”

28 Oktyabr 2026 / 10:40
78
Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının – Siyahısı

Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının – Siyahısı

28 Oktyabr 2026 / 10:23
30
İsraildə keçirilən ümumi seçkilərdə səslərin 28 faizinin hesablanması ilə Netanyahu blokuna daxil olmayan partiyalar önə keçib

İsraildə keçirilən ümumi seçkilərdə səslərin 28 faizinin hesablanması ilə Netanyahu blokuna daxil olmayan partiyalar önə keçib

28 Oktyabr 2026 / 10:14
22
 Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası seçkilərdə səsvermə müddətinin uzadılması üçün müraciət edib

 Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası seçkilərdə səsvermə müddətinin uzadılması üçün müraciət edib

27 Oktyabr 2026 / 20:37
1
Bakı Ekspo Mərkəzində “Azərbaycan və Özbək nağılları” kitabının təqdimatı keçirilib

Bakı Ekspo Mərkəzində “Azərbaycan və Özbək nağılları” kitabının təqdimatı keçirilib

27 Oktyabr 2026 / 20:27
8
Tramp Kiyevdən güzəşt tələb edir: Zelenski Qütb Donanması ilə sülh üçün sərt ultimatum səsləndirdi

Stubb və Stere Putinlə söhbətində Rusiyanın Ukraynanın enerji və infrastrukturuna zərbələrini azaltmaqda israr ediblər – Zelenski

27 Oktyabr 2026 / 16:40
7
Pərviz Şixaliyev:Hökumət regionlarda iş yerlərinin açılması üçün iş adamlarına cəlbedici təkliflər verməlidir”

Pərviz Şixaliyev:Hökumət regionlarda iş yerlərinin açılması üçün iş adamlarına cəlbedici təkliflər verməlidir”

27 Oktyabr 2026 / 16:34
48
Qazaxıstan prezidenti Tokayev Türkiyəyə səfər edəcək

Qazaxıstan prezidenti Tokayev Türkiyəyə səfər edəcək

27 Oktyabr 2026 / 16:28
18
BMT: Ukraynada 10,8 milyon insanın humanitar yardıma ehtiyacı var

BMT: Ukraynada 10,8 milyon insanın humanitar yardıma ehtiyacı var

27 Oktyabr 2026 / 16:24
16
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: [email protected]
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.