Ukrayna ötən gecə Rusiya ərazisinə kütləvi dron hücumlarını davam etdirib.
Avropa.info xəbər verir ki, Rostov vilayətindəki Taqanroq şəhərinə edilən hücum nəticəsində bir neçə müəssisəyə zərbə endirilib.
Ryazan vilayətinin qubernatoru Pavel Malkovun sözlərinə görə, Ryazan şəhərinə edilən böyük dron hücumu dəf edilir və müəssisələrdən birində yanğın baş verib:
“Ryazanda böyük dron hücumu dəf edilir və hava hücumundan müdafiə sistemləri işləyir.
Müəssisələrdən birində yanğın baş verib”.
Ukrayna mənbələri isə artıq Ryazan Neft Emalı Zavodu və Wildberries-in bölgədəki anbarlarından böyük yanğınların görüntülərini paylaşırlar.






























