29 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Rusiya artıq əsas güc statusunu itirib…–Vüqar Dadaşov

İyun 29, 2026
Siyasət
A A

“Dünyadakı müharibə və konfliktlərin əsas mahiyyəti iqtisadi resurslara nəzarətdir; Vaşinqton Çinin enerji təminatını kəsmək üçün Rusiya, Venesuela və İranın resurslarını nəzarətə götürməyə çalışır, Tehranla isə Hörmüz boğazının birgə idarə olunması üzərində gizli memorandum əldə edilib”.

Avropa.info xəbər verir ki, bunu qlobal güclərin Avrasiya uğrunda mübarizəsini, Rusiya-Ukrayna müharibəsinin daxili iqtisadi fəsadlarını və ABŞ-nin İrana yönəlik strateji gedişlərini Sosdem.az-a təhlil edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Əsas Geosiyasi Qarşıdurma…

Analitik qlobal sistemdə aparıcı güc mərkəzlərinin dəyişdiyini və əsas hədəfin Pekini zəiflətmək olduğunu diqqətə çatdırıb:

“Dünyada gedən proseslər, konfliktlər və müharibələr ayrı-ayrılıqda təhlil olunsa da, onların mahiyyəti eynidir: qlobal hökmranlıq və iqtisadi resurslara nəzarət uğrunda mübarizə. Bu gün Uzaq Şərqdən Yaxın Şərqə uzanan Avrasiya coğrafiyasına nəzarət dünya iqtisadiyyatına və siyasi üstünlüyə nəzarət deməkdir. Buna görə də əsas geosiyasi qarşıdurma ABŞ ilə Çin arasında gedir. Rusiya isə artıq dünya nizamını müəyyən edən əsas güc statusunu böyük ölçüdə itirib. ABŞ-ın Venesuela, İran və Rusiyaya qarşı siyasətinin əsasında da Çinin enerji təminatını nəzarət altına almaq məqsədi dayanır. Çünki bu ölkələr Çinin əsas enerji mənbələridir və onların resurslarına nəzarət faktiki olaraq Çinə nəzarət deməkdir”.

Rusiya Hərbi Meydanda…

Siyasi şərhçi Ukrayna cəbhəsindəki son vəziyyəti və Rusiyanın tarixi süqut ssenarilərini belə izah edib:

“ABŞ Ukrayna istiqamətində də strateji məqsədlərinin mühüm hissəsinə nail olub. Ukraynanın zəngin təbii sərvətləri və nadir metallarının gələcək istismarı ilə bağlı əldə olunmuş razılaşmalar Vaşinqtonun mövqelərini gücləndirib. Bunun fonunda Rusiya getdikcə daha mürəkkəb vəziyyətə düşür. Son 300 ildə Rusiya imperiyasını birbaşa hərbi güclə məğlub etmək demək olar ki, mümkün olmayıb. Rusiya hərbi meydanda deyil, məhz apardığı böyük müharibələrin yaratdığı daxili siyasi, iqtisadi və sosial böhranların nəticəsində zəifləyib. Birinci Dünya müharibəsindən sonra daxildən dağıldı, Soyuq müharibənin sonunda isə SSRİ iqtisadi tənəzzül səbəbindən parçalandı. Bu gün də oxşar proseslər gedir və Ukrayna artıq Rusiya üzərində ciddi qələbələr əldə edir. Hətta Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın ən yaxın müttəfiqi olan Belarusa ultimatumu və Aleksandr Lukaşenkonun çarəsiz durumu Rusiyanın tarixi süqutunun açıq sübutudur. Lakin Qərb Rusiyanın tam parçalanmasını istəmir, çünki ondan ən çox Çin faydalana bilər. ABŞ Çinlə məsələni həll edənə qədər Rusiyanın bütövlüyünü qorumaq məcburiyyətindədir”.

 

 

İran Tələblərlə Razılaşmasaydı…

MCP rəsmisi ABŞ və İran arasında Hörmüz boğazı və enerji resursları ilə bağlı əldə olunan pərdəarxası anlaşmanın detallarını açıqlayıb:

“Tehran və Vaşinqton arasında zahirən siyasi çəkişmə davam etsə də, İran nefti və enerji ixracı artıq ABŞ-ın strateji maraqlarına uyğun həyata keçiriləcək. Əslində, Hörmüz boğazının ödənişli və nəzarətli sistemə keçməsi ABŞ və İranın ortaq maraqlarına xidmət edir. Bu halda Körfəz ölkələrindən nəinki Çinə, bütövlükdə dünyaya neft və qaz ixracı tam nəzarət altına alınır. Sözsüz ki, İran Vaşinqtonun tələbləri ilə razılaşmasaydı, ABŞ-ın NATO müttəfiqləri ilə birlikdə İrana qarşı genişmiqyaslı müharibə aparacağı şübbəsiz idi. Məhz bu səbəbdən də razılaşma qarşılığında İrana xarici auditoriyada ‘qalib görüntüsü’ hədiyyə edilir. ABŞ Prezidenti Donald Trampın G7 sammitində Ukraynanı dəstəkləmək üçün Avropa liderləri ilə tam razılığa gəlməsi də Qərbin bu qlobal və böyük planlar üzrə vahid mövqedən çıxış etdiyinin bariz sübutudur”.

Əvvəlki Yazı

69 yaşlı qadın evində ölü tapıldı

Növbəti Yazı

Dohada ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı danışıqların keçirilməsi planlaşdırılır

XƏBƏR LENTİ

ABŞ-ın yeni sanksiya qanunu Rusiyaya necə təsir edə bilər. RG ekspertlərinin rəyi

ABŞ-ın yeni sanksiya qanunu Rusiyaya necə təsir edə bilər. RG ekspertlərinin rəyi

29 İyul 2026 / 18:28
8
Medvedev:“İndi bizim bir ortaq məqsədimiz var və bu bəllidir, ölkəmizi xilas etmək”

Medvedev:“İndi bizim bir ortaq məqsədimiz var və bu bəllidir, ölkəmizi xilas etmək”

29 İyul 2026 / 18:17
10
Xocavənd şəhəri və Xocavənd kəndlərində fərdi evlərin layihələndirilməsinə başlanılır

Xocavənd şəhəri və Xocavənd kəndlərində fərdi evlərin layihələndirilməsinə başlanılır

29 İyul 2026 / 18:13
1
Türkiyədə beyini ölən şəxsin orqanları 4 xəstəyə ümid verdi

Türkiyədə beyini ölən şəxsin orqanları 4 xəstəyə ümid verdi

29 İyul 2026 / 18:03
14
İordan çayının qərb sahilində hərbi forma geyinən bir israillinin fələstinliləri döydüyü məlum olub

Trampdan “İrana çox ağır zərbə vuracağıq” mesajı

29 İyul 2026 / 17:27
4
İordan çayının qərb sahilində hərbi forma geyinən bir israillinin fələstinliləri döydüyü məlum olub

İordan çayının qərb sahilində hərbi forma geyinən bir israillinin fələstinliləri döydüyü məlum olub

29 İyul 2026 / 16:52
9
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi – Fotolar

Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi – Fotolar

29 İyul 2026 / 16:34
5
Muğlada meşə yanğını baş verib

Muğlada meşə yanğını baş verib

29 İyul 2026 / 16:20
8
Türkiyədə Mehmetçik təcili orqan nəqli gözləyən xəstə üçün yola düşdü

Türkiyədə Mehmetçik təcili orqan nəqli gözləyən xəstə üçün yola düşdü

29 İyul 2026 / 16:05
12
Cənubi Koreyada son 122 ilin temperatur rekordu qırılıb

Cənubi Koreyada son 122 ilin temperatur rekordu qırılıb

29 İyul 2026 / 16:01
9
Vüqar Dadaşov: “İslamın Nüfuzunu Zədələyən Əsas Amil Dinin Siyasiləşdirilməsidir”

Vüqar Dadaşov: “İslamın Nüfuzunu Zədələyən Əsas Amil Dinin Siyasiləşdirilməsidir”

29 İyul 2026 / 14:49
50
Razı Nurullayev:“Kənddə Yaşayan İnsana Dolanışıq Və İş Lazımdır”

Razı Nurullayev:“Kənddə Yaşayan İnsana Dolanışıq Və İş Lazımdır”

29 İyul 2026 / 13:00
52
Ortaq arxitekturada türk PUA-ları da aparıcı rol oynayacaq

Ortaq arxitekturada türk PUA-ları da aparıcı rol oynayacaq

29 İyul 2026 / 12:40
9
FSB: Pavel Durov terrorizmi təbliğ etməkdə ittiham olunub, onun beynəlxalq axtarışa verilməsi prosesi gedir

FSB: Pavel Durov terrorizmi təbliğ etməkdə ittiham olunub, onun beynəlxalq axtarışa verilməsi prosesi gedir

29 İyul 2026 / 11:39
16
Sabahdan Həcc ziyarətinə yekun qeydiyyat başlayır

Sabahdan Həcc ziyarətinə yekun qeydiyyat başlayır

29 İyul 2026 / 11:23
18
Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

Razı Nurullayev:“Konqresdəki Təşəbbüslər ABŞ Administrasiyasının Rəsmi Xətti Deyil”

29 İyul 2026 / 10:31
46
İmişlidə batmaqda olan gənc  xilas edildi – Video

İmişlidə batmaqda olan gənc xilas edildi – Video

29 İyul 2026 / 10:23
7
Bakınin Buzovna qəsəbəsində marşrut avtobusu yük avtomobilinə çırpıldı

Bakınin Buzovna qəsəbəsində marşrut avtobusu yük avtomobilinə çırpıldı

29 İyul 2026 / 10:19
8
Rusiyanın Rostov şəhərinə gecə hücumu nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Yuri Slyusar: 60 İHA və raket vuruldu

29 İyul 2026 / 10:04
2
Rusiyanın Ryazan şəhərində neft zavodu və Wildberries anbarı vurulub

Rusiyanın Ryazan şəhərində neft zavodu və Wildberries anbarı vurulub

29 İyul 2026 / 9:40
15
Zelenski etiraf edib ki, o, Ukraynanın niyə NATO-ya dəvət edilmədiyini başa düşmür

Zelenski etiraf edib ki, o, Ukraynanın niyə NATO-ya dəvət edilmədiyini başa düşmür

29 İyul 2026 / 9:35
19
Kaşda meşə yanğını ilə mübarizə ikinci gün də davam edir

Kaşda meşə yanğını ilə mübarizə ikinci gün də davam edir

29 İyul 2026 / 9:06
19
60 yaşlı kişi keçmiş kürəkənini qətlə yetirib

60 yaşlı kişi keçmiş kürəkənini qətlə yetirib

29 İyul 2026 / 8:53
8
Çilidə dəhşətli dəhşətli virus yayılıb: Fövqəladə vəziyyət elan olundu

Çilidə dəhşətli dəhşətli virus yayılıb: Fövqəladə vəziyyət elan olundu

29 İyul 2026 / 8:31
17
ABŞ İrana hücumlarını dayandırdı: Tehran danışıqlar iddiasını rədd edir

ABŞ İrana hücumlarını dayandırdı: Tehran danışıqlar iddiasını rədd edir

29 İyul 2026 / 7:59
8
Yaponiyada zəlzələ: Ən azı 13 nəfər ölüb

Yaponiyada zəlzələ: Ən azı 13 nəfər ölüb

29 İyul 2026 / 7:55
11
Fransa yeni isti hava apokalipsisinə hazırlaşır

Fransa yeni isti hava apokalipsisinə hazırlaşır

29 İyul 2026 / 7:47
12
ABŞ Çin tərəfindən istehsal edilən insanabənzər robotların idxalına qadağa qoyub

ABŞ Çin tərəfindən istehsal edilən insanabənzər robotların idxalına qadağa qoyub

29 İyul 2026 / 7:40
19
İran Ukraynaya balistik raketlə zərbə endirmək niyyətindən VAZ keçdi

İran Ukraynaya balistik raketlə zərbə endirmək niyyətindən VAZ keçdi

29 İyul 2026 / 7:31
8
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirilib

28 İyul 2026 / 21:27
9
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.