Antalyanın Kaş rayonunda dünən baş verən meşə yanğınının nəzarət altına alınması üçün işlər ikinci gündə də davam edir. Meşə yanğınına 26 çiləyici, 9 su təchizatı, 5 ilkin müdaxilə maşını və 155 canlı qüvvə ilə hava və qurudan müdaxilə edilir.
Avropa.info xəbər verir ki, Üzümlü rayonunda dünən səhər saatlarında başlayan meşə yanğınının söndürülməsi üçün işlər ikinci gün də davam edir.
Sıldırım, maili və qayalıq əraziyə malik bölgədə quru qrupları çətin şəraitə baxmayaraq, gecə boyu yanğını söndürmək üçün gərgin mübarizə aparıb.
Yanğının söndürülməsinə 26 çiləyici, 9 su təchizatı, 5 ilkin müdaxilə maşını və 155 texniki heyət və yanğınsöndürənlər cəlb olunub.
Səhərin ilk işığı ilə vertolyotlar və təyyarələr işlərə havadan dəstək verməyə başlayıb.
Komandaların yanğını idarə etmək üçün havadan və qurudan səyləri davam edir.






























