İraqın baş naziri Əli Zeydi prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək.
Avropa.info xəbər verir ki, Kommunikasiyalar rəhbəri Burhanəddin Duran NSosyal hesabında etdiyi paylaşımda İraqın baş naziri Əli Zeydinin sabah Türkiyəyə rəsmi səfər edəcəyini bildirib.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə iki ölkə arasında təhlükəsizlik, ticarət, enerji, nəqliyyat və su idarəetməsi başda olmaqla bütün aspektlərdə əlaqələr nəzərdən keçiriləcək; Regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.






























