İran gəmisinə edilən hücuma cavab olaraq Ukraynanın dəniz limanına zərbə endirmək imkanını nəzərdən keçirib, lakin diplomatiyaya göstərilən səylər sayəsində vəziyyəti hələlik nizama salmaq mümkün olub.
Avropa.info xəbər verir ki, bu barədə “The New York Times” nəşri İran və Qərb rəsmilərinə istinadən məlumat yayıb.
Kəşfiyyat məlumatlarına görə, Tehran “öz niyyətini nümayiş etdirmək”, lakin eyni zamanda cüzi zərər vurmaq məqsədilə Ukrayna ərazisinə balistik raket buraxmağı planlaşdırırdı. Bəzi mənbələr ehtimal edir ki, hədəf böyük ehtimalla Ukraynanın Qara dəniz limanlarından biri ola bilərdi. Qəzet qeyd edir ki, İrandan Ukraynaya atılan hər hansı bir raket gərginliyin kəskin şəkildə artması demək olardı və iki ölkə arasında daha genişmiqyaslı münaqişəyə təkan vermək təhlükəsi yaradardı.
İran rəsmiləri cavab zərbəsindən sonra münaqişənin yekunlaşacağını hesablaasalar da, Qərb tərəfi Ukraynanın buna necə reaksiya verəcəyini əvvəlcədən təxmin etməyin çətin olduğu barədə xəbərdarlıq edib.
Xatırladaq ki, çərşənbə akşamı Ukraynanın xarici işlər naziri Andriy Sibiqa iranlı həmkarı ilə telefon əlaqəsi saxlayıb. Danışıqdan sonra Abbas Əraqçı sosial şəbəkələrdə Sibiqanın yük gəmisinə endirilən zərbəni qəsdən edilməmiş addım kimi qiymətləndirdiyini bildirib. İranlı nazir “İran da gərginliyin artmasında maraqlı deyil, lakin vətəndaşlarımıza və ya maraqlarımıza qarşı hər hansı hücumun qəbuledilməz olduğunu aydın şəkildə diqqətə çatdırıb” deyərək dəymiş ziyanın ödənilməsini tələb edib.






























