07 - 11 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Sosial

Razi Nurullayev:”Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun”

Avqust 26, 2026
Sosial
A A

Ödəniş terminallarından istifadə zamanı vətəndaşlara tətbiq olunan komissiyalar elektron xidmətlərdən istifadə edənləri əlavə xərclə üz-üzə qoyur.

Avropa.info xəbər verir ki, Mövzu ilə bağlı Sosdem.az-a danışan Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev qeyd edib ki, burada əsas məsələ komissiyanın özünün olub-olmamasından daha çox, onun vətəndaşa necə və hansı şəraitdə tətbiq edilməsidir.

MCP başqanı bildirib ki, terminal operatorlarının xidmət xərcinin olması başadüşüləndir, lakin alternativsiz vəziyyətlərdə bu tətbiq düzgün deyil:

“Terminalın və ya ödəniş sisteminin müəyyən xidmət xərclərinin olması başadüşüləndir. Amma vətəndaş 100 manat ödəməlidirsə və ödəniş zamanı bunun üzərinə əlavə komissiya qoyulursa, xüsusilə də onun başqa ödəniş seçimi yoxdursa, bunu normal praktika hesab etmək çətindir.

Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun, vətəndaşa ödənişdən əvvəl bildirilsin və real xidmət xərci ilə əsaslandırılsın. Əgər terminal operatorunun müəyyən xərc çəkdiyi məlumdursa, bunun müəyyən hissəsinin ödənişə daxil edilməsi ayrıca müzakirə oluna bilər. Amma həmin komissiyanın vətəndaşın hesabına əlavə qazanc mənbəyinə çevrilməsi düzgün deyil.”

Millət vəkili məsələyə beynəlxalq müstəvidə müxtəlif yanaşmaların olduğunu qeyd edərək, Azərbaycan üçün də bu təcrübələrin nəzərdən keçirilməsini təklif edib:

“Avropa İttifaqında adi debit və kredit kartları ilə ödənişlərə görə istehlakçıdan əlavə haqq tutulmasına ciddi məhdudiyyətlər qoyulub. Böyük Britaniyada isə kart ödənişlərinə görə əlavə haqlar daha geniş şəkildə qadağan edilib. Avstraliyada müəyyən hallarda belə komissiyalara icazə verilir, amma onların məbləği həmin ödənişi qəbul etmək üçün çəkilən real xərcdən artıq ola bilməz. Məncə, Azərbaycan üçün də bu yanaşmalar ciddi şəkildə nəzərdən keçirilməlidir.”

Deputat alternativsiz ödəniş imkanlarının olduğu dövlət və ictimai əhəmiyyətli xidmətlərdə vətəndaşların hüquqlarının qorunmasının vacibliyini vurğulayıb:

“Daha həssas məsələ vətəndaşın alternativinin olmadığı hallardır. Məsələn, hansısa xidmət üzrə yalnız müəyyən terminaldan ödəniş etmək mümkündürsə və vətəndaş məcburən həmin terminaldan istifadə edirsə, ondan əlavə komissiya tutulması artıq sadəcə kommersiya münasibəti kimi qiymətləndirilə bilməz. Burda istehlakçının hüquqları və seçim imkanları məsələsi ortaya çıxır. Belə hallarda əlavə ödənişə xüsusi məhdudiyyət qoyulması məntiqli olardı.

Ona görə Milli Məclis səviyyəsində bu məsələnin qanunvericilikdə daha aydın tənzimlənməsinə ehtiyac görürəm. Əsas ödəniş məbləği ilə komissiya açıq şəkildə ayrılmalı, komissiya əvvəlcədən göstərilməli, onun tətbiqi üçün aydın qaydalar müəyyənləşdirilməli və müəyyən hallarda yuxarı hədd qoyulmalıdır. Xüsusilə alternativ ödəniş imkanının olmadığı dövlət və ictimai əhəmiyyətli xidmətlərdə vətəndaşın əlavə komissiya ödəməyə məcbur edilməsinin qarşısı alınmalıdır.”

Partiya lideri yekunda ədalətli və şəffaf mexanizmin qurulmasını zəruri hesab edib:

“Burada məqsəd terminal operatorlarını və ya biznesi çətin vəziyyətə salmaq deyil. Məqsəd ədalətli və şəffaf qayda yaratmaqdır. Nağdsız ödənişləri təşviq ediriksə, vətəndaşı kartla və ya terminalla ödəniş etdiyi üçün cəzalandırmaq olmaz.

Məncə, ən sadə prinsip belə olmalıdır: vətəndaş 100 manatlıq ödəniş edirsə, ödənişi təsdiqləməzdən əvvəl bilməlidir ki, ümumilikdə nə qədər pul ödəyəcək. Son anda ortaya çıxan, əvvəlcədən aydın olmayan və əsaslandırılmayan komissiyalar isə istehlakçı üçün haqlı narazılıq yaradır. Bu sahədə şəffaflıq, ağlabatan limit və alternativsiz vəziyyətlər üçün xüsusi qoruyucu mexanizmlər olmalıdır.”

Əvvəlki Yazı

Rostov vilayətinə gecə hücumu: 40 pilotsuz təyyarə vuruldu

Növbəti Yazı

Deputat Polad Bülbüloğlunun yeni həyat yoldaşı tanınmış rəqqasə imiş – Fotolar

XƏBƏR LENTİ

Kiber-tələ: Deputatın adından istifadə edirlər – DİQQƏT

Kiber-tələ: Deputatın adından istifadə edirlər – DİQQƏT

04 Noyabr 2026 / 11:21
47
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:”Bu qərarın ABŞ-nin artan hərbi təzyiqləri fonunda verilməsi xüsusilə diqqət çəkir”

03 Noyabr 2026 / 11:08
29
Kreml: Zelenski zəng etsə, Putin telefonu qaldıracaq

Bu tarixdə Əbu-Dabidə Ukrayna – Rusiya danışıqları keçiriləcək

03 Noyabr 2026 / 8:08
13
3 yaşlı uşağını döyən ana həbs edilib

3 yaşlı uşağını döyən ana həbs edilib

02 Noyabr 2026 / 15:27
14
Razi Nurullayev:“Sahibkarların əsas problemi istehsal etdikləri malları satmağa bazar tapmamalarıdır”

Razi Nurullayev:“Sahibkarların əsas problemi istehsal etdikləri malları satmağa bazar tapmamalarıdır”

02 Noyabr 2026 / 15:19
15
Vüqar Dadaşov:”Heç bir dövlətlə yaxınlıq Azərbaycanın yenidən qurban verilməyəcəyinə zəmanət vermir”

Vüqar Dadaşov:”Bakı və Ankaranın regional təhlükəsizlik maraqlarında müəyyən fərqlərin mövcudluğunu göstərir”

02 Noyabr 2026 / 14:41
106
Kreml: Zelenski zəng etsə, Putin telefonu qaldıracaq

Kreml: Zelenski zəng etsə, Putin telefonu qaldıracaq

02 Noyabr 2026 / 14:37
22
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:”TDT üzv ölkələri ortaq maraqlar, strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri birləşdirir”

02 Noyabr 2026 / 11:56
86
Zelenski ərazi məsələsinə son qoydu: Ukrayna sülh naminə nədən imtina edəcək?

Zelenski ərazi məsələsinə son qoydu: Ukrayna sülh naminə nədən imtina edəcək?

02 Noyabr 2026 / 9:08
23
Razi Nurullayev:”Birinci növbədə kəndlə şəhər arasında kommunal ödənişlərdə fərq olmalıdır”

Razi Nurullayev:”Mentalitetimizə və toplum olaraq baxışımıza görə xəbərçilik pis hal sayılır”

02 Noyabr 2026 / 8:52
84
Floridada şəxsi təyyarə yaşayış məntəqəsinə çırpılıb: 9 nəfər ölüb, 600 nəfər təxliyə edilib

Floridada şəxsi təyyarə yaşayış məntəqəsinə çırpılıb: 9 nəfər ölüb, 600 nəfər təxliyə edilib

02 Noyabr 2026 / 8:35
19
“Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” adlı elmi-nəzəri konfrans keçirilib-Fotolar

Ehtiram Mehtiyev:“Əsl müstəqil hakim qanundan başqa heç kimdən asılı olmamalıdır”

29 Oktyabr 2026 / 19:04
78
İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

29 Oktyabr 2026 / 9:51
1
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:”Xəzər hövzəsi və Mərkəzi Asiyanı da əhatə edən daha geniş geosiyasi məkanın mühüm aktorlarından biri kimi qəbul olunur”

28 Oktyabr 2026 / 16:51
17
Yevlaxda ölümlə nəticələnən dəhşətli qəzanın səbəbi bilinib

Yevlaxda ölümlə nəticələnən dəhşətli qəzanın səbəbi bilinib

28 Oktyabr 2026 / 11:54
1
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb

28 Oktyabr 2026 / 11:49
7
Tramp Putin və Zelenski ilə görüşə eyham vurdu: dünya göründüyündən daha yaxındırmı?

Tramp Putin və Zelenski ilə görüşə eyham vurdu: dünya göründüyündən daha yaxındırmı?

28 Oktyabr 2026 / 11:41
25
Tramp yenidən Ukraynaya kömək etmək barədə bəyanat verdi: Amerikalılar harada səhv etdilər?

Tramp yenidən Ukraynaya kömək etmək barədə bəyanat verdi: Amerikalılar harada səhv etdilər?

28 Oktyabr 2026 / 11:34
11
Bakıda 225 nömrəli məktəbdə bədbəxt hadisə – Şagird öldü

Bakıda 225 nömrəli məktəbdə bədbəxt hadisə – Şagird öldü

28 Oktyabr 2026 / 11:21
21
Ukrayna 70 milyard avroluq maliyyə boşluğu ilə üz-üzədir: Brüssel müttəfiqlərinə nə tələb etdi

Ukrayna 70 milyard avroluq maliyyə boşluğu ilə üz-üzədir: Brüssel müttəfiqlərinə nə tələb etdi

28 Oktyabr 2026 / 11:00
14
İran: Tehran görüşü regional təhlükəsizlik üzrə dialoqu inkişaf etdirmək imkanı verdi

İran: Tehran görüşü regional təhlükəsizlik üzrə dialoqu inkişaf etdirmək imkanı verdi

28 Oktyabr 2026 / 10:44
18
Vüqar Dadaşov:”Heç bir dövlətlə yaxınlıq Azərbaycanın yenidən qurban verilməyəcəyinə zəmanət vermir”

Vüqar Dadaşov:”Heç bir dövlətlə yaxınlıq Azərbaycanın yenidən qurban verilməyəcəyinə zəmanət vermir”

28 Oktyabr 2026 / 10:40
78
Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının – Siyahısı

Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının – Siyahısı

28 Oktyabr 2026 / 10:23
30
İsraildə keçirilən ümumi seçkilərdə səslərin 28 faizinin hesablanması ilə Netanyahu blokuna daxil olmayan partiyalar önə keçib

İsraildə keçirilən ümumi seçkilərdə səslərin 28 faizinin hesablanması ilə Netanyahu blokuna daxil olmayan partiyalar önə keçib

28 Oktyabr 2026 / 10:14
22
 Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası seçkilərdə səsvermə müddətinin uzadılması üçün müraciət edib

 Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası seçkilərdə səsvermə müddətinin uzadılması üçün müraciət edib

27 Oktyabr 2026 / 20:37
1
Bakı Ekspo Mərkəzində “Azərbaycan və Özbək nağılları” kitabının təqdimatı keçirilib

Bakı Ekspo Mərkəzində “Azərbaycan və Özbək nağılları” kitabının təqdimatı keçirilib

27 Oktyabr 2026 / 20:27
8
Tramp Kiyevdən güzəşt tələb edir: Zelenski Qütb Donanması ilə sülh üçün sərt ultimatum səsləndirdi

Stubb və Stere Putinlə söhbətində Rusiyanın Ukraynanın enerji və infrastrukturuna zərbələrini azaltmaqda israr ediblər – Zelenski

27 Oktyabr 2026 / 16:40
7
Pərviz Şixaliyev:Hökumət regionlarda iş yerlərinin açılması üçün iş adamlarına cəlbedici təkliflər verməlidir”

Pərviz Şixaliyev:Hökumət regionlarda iş yerlərinin açılması üçün iş adamlarına cəlbedici təkliflər verməlidir”

27 Oktyabr 2026 / 16:34
48
Qazaxıstan prezidenti Tokayev Türkiyəyə səfər edəcək

Qazaxıstan prezidenti Tokayev Türkiyəyə səfər edəcək

27 Oktyabr 2026 / 16:28
18
BMT: Ukraynada 10,8 milyon insanın humanitar yardıma ehtiyacı var

BMT: Ukraynada 10,8 milyon insanın humanitar yardıma ehtiyacı var

27 Oktyabr 2026 / 16:24
16
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: [email protected]
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.