02 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Sosial

Razı Nurullayev:”Azərbaycanda dövlət məktəblərində ümumi təhsilin pulsuz olması hüquq kimi artıq mövcuddur”

Sentyabr 1, 2026
Sosial
A A

Özəl məktəblərin yaranmasını və inkişafını təbii proses hesab edir və düşünür ki, bu rəqabət təhsilin inkişafına da müsbət təsir göstərə bilər. Amma təhsil elə bir sahədir ki, burada hər şeyi bazar prinsipləri ilə ölçmək düzgün deyil. Çünki söhbət adi kommersiya xidmətindən yox, insanın gələcəyindən, uşağın inkişafından və cəmiyyətin gələcək potensialından gedir.

Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a özəl və dövlət məktəbləri arasındakı təhsil keyfiyyəti, qiymət fərqləri və sosial ədalət məsələlərini şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.

“Yüksək Qiymət Öz-Özlüyündə Yüksək Keyfiyyətin Göstəricisi Sayıla Bilməz”

Millət vəkili özəl məktəblərdəki yüksək təhsil haqlarına və keyfiyyət meyarlarına diqqət çəkib:

“8-15 min manat və daha yüksək illik təhsil haqqına gəlincə, burada əsas sual ‘bu qiymət bahadırmı?’ yox, ‘bu qiymətə hansı keyfiyyət təqdim olunur?’ sualıdır. Əgər məktəb yüksək səviyyəli müəllim heyəti, müasir infrastruktur, fərdi yanaşma, xarici dil, laboratoriyalar, texnologiyalar və digər imkanlar təqdim edirsə, onun xərclərinin yüksək olması başadüşüləndir. Amma yüksək qiymət öz-özlüyündə yüksək keyfiyyətin göstəricisi sayıla bilməz. Mənim əsas narahatlığım sosial bərabərlik məsələsidir. Uşağın keyfiyyətli təhsil almaq imkanının valideyninin gəlirindən asılı olması düzgün yanaşma deyil. Təhsil almaq istəyən və buna qabiliyyəti olan hər bir uşaq üçün dövlət məktəbində yüksək keyfiyyətli təhsil real alternativ olmalıdır. Azərbaycanda dövlət məktəblərində ümumi təhsilin pulsuz olması hüquq kimi artıq mövcuddur, indi əsas məsələ həmin pulsuz təhsilin keyfiyyətini daha da yüksəltməkdir”.

“Dövlət Məktəbləri İlə Özəl Məktəblər Arasındakı Keyfiyyət Uçurumu Aradan Qaldırılmalıdır”

MCP başqanı dövlət məktəblərinin gücləndirilməsinin və təhsildə sağlam rəqabətin vacibliyini vurğulayıb:

“Əminəm ki, uzunmüddətli hədəf dövlət məktəbləri ilə özəl məktəblər arasında keyfiyyət uçurumunun aradan qaldırılması olmalıdır. Valideyn özəl məktəbi yalnız ona görə seçməməlidir ki, dövlət məktəbində istədiyi səviyyəni tapa bilmir. Dövlət məktəbi elə səviyyəyə çatmalıdır ki, yüksək gəlirli ailənin də, orta və aşağı gəlirli ailənin də uşağı orada keyfiyyətli təhsil ala bilsin. Mən özəl məktəblərin inkişafının qarşısının alınmasının tərəfdarı deyiləm. Əksinə, sağlam rəqabət olsun. Amma bu rəqabət dövlət məktəblərinin zəifləməsi hesabına baş verməməlidir. Dövlət həm öz məktəblərinə ciddi investisiya qoymalı, həm müəllimlərin nüfuzunu və əməkhaqqını artırmalı, həm də bütün məktəblər üçün real keyfiyyət standartları müəyyən etməlidir”.

“Məktəbin Əsas Məhsulu Mənfəət Deyil, İnsan Kapitalıdır”

Deputat təhsildə ictimai maraqların qorunmasının və real sosial ədalətin bərqərar edilməsinin vacibliyini ifadə edib:

“Təhsilin biznes modeli ilə idarə olunmasına da tamamilə qarşı deyiləm. Özəl məktəb sahibkarlıq fəaliyyəti göstərə və qazanc əldə edə bilər. Ancaq burada ictimai maraq mütləq qorunmalıdır. Təhsil biznes ola bilər, amma yalnız biznes olmamalıdır. Çünki məktəbin əsas məhsulu mənfəət deyil, insan kapitalıdır. Fikrimcə, gələcəkdə elə bir sistem qurmalıyıq ki, imkanlı ailə istəsə özəl məktəb seçsin, amma heç bir valideyn ‘uşağım yaxşı təhsil alsın deyə mütləq 10-15 min manat ödəməliyəm’ düşüncəsi ilə üz-üzə qalmasın. Dövlət məktəbi də keyfiyyət, müəllim, texnologiya və nəticə baxımından kifayət qədər güclü olmalıdır. Əsl sosial ədalət də budur: pulunuzun çox olub-olmamasından asılı olmayaraq, uşağınızın keyfiyyətli təhsil almaq şansı eyni dərəcədə yüksək olsun”.

Əvvəlki Yazı

Zaxarova:“Bu ilk növbədə, İtaliya hökumətinin İtaliya xalqının üzünə tüpürməkdir”

Növbəti Yazı

Qızıl və milyonları palçıq yuyub apardı: Nepal polisi daşqın zamanı yoxa çıxan seyfləri axtarır

XƏBƏR LENTİ

 İsrail ordusunun hücumuna məruz qalan Qəzzada son 24 saatda 8 nəfər həyatını itirib

 İsrail ordusunun hücumuna məruz qalan Qəzzada son 24 saatda 8 nəfər həyatını itirib

02 Sentyabr 2026 / 16:19
22
SON DƏQİQƏ! DİN əməliyyat keçirdi:MİDA-nın adından saxta elektron alqı-satqı və ipoteka müqavilələri hazırlayan şəxslər həbs edildi-Video

SON DƏQİQƏ! DİN əməliyyat keçirdi:MİDA-nın adından saxta elektron alqı-satqı və ipoteka müqavilələri hazırlayan şəxslər həbs edildi-Video

02 Sentyabr 2026 / 16:09
16
 İsrail İrani hədələdi:”Təyyarələrimiz havaya qalxmağa hazırdır

 İsrail İrani hədələdi:”Təyyarələrimiz havaya qalxmağa hazırdır

02 Sentyabr 2026 / 16:00
16
Prezident İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul edib-Fotolar

Prezident İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul edib-Fotolar

02 Sentyabr 2026 / 14:43
24
Prezident Ərdoğan:”Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük Qərbə arxa çevirmək demək deyil”

Prezident Ərdoğan:”Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük Qərbə arxa çevirmək demək deyil”

02 Sentyabr 2026 / 14:34
15
Prezident İlham Əliyev Çin Respublikasının Baş prokurorunu qəbul etdi – Fotolar

Prezident İlham Əliyev Çin Respublikasının Baş prokurorunu qəbul etdi – Fotolar

02 Sentyabr 2026 / 14:09
18
Prezident İlham Əliyev Fərman İmzalayıb

Prezident İlham Əliyev Fərman İmzalayıb

02 Sentyabr 2026 / 14:01
8
Çin Xarici İşlər Nazirliyi Ukraynadakı münaqişə tərəflərini təmkinli olmağa çağırıb

Çin Xarici İşlər Nazirliyi Ukraynadakı münaqişə tərəflərini təmkinli olmağa çağırıb

02 Sentyabr 2026 / 13:51
12
Girne sahillərində batan gəmi tapılıb

Girne sahillərində batan gəmi tapılıb

02 Sentyabr 2026 / 13:20
21
Filenin Sultanları dörddəbir final üçün komandamızla qarşılaşacaq

Filenin Sultanlarının rəqibi Almaniyadır: Hədəf yarımfinaldır

02 Sentyabr 2026 / 12:58
12
Həkimlərin maaş artımı Mehriban Xanım Əliyevanın təşəbbüsüdür

Həkimlərin maaş artımı Mehriban Xanım Əliyevanın təşəbbüsüdür

02 Sentyabr 2026 / 12:43
20
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:”ABŞ İrana qarşı niyə müharibəyə başlamışdı”-qalib kim oldu

02 Sentyabr 2026 / 11:21
82
Mendel:”Zelenski dayandırmaq istəmədiyi münaqişədə hamını günahlandıri”

Mendel:”Zelenski dayandırmaq istəmədiyi münaqişədə hamını günahlandıri”

02 Sentyabr 2026 / 10:59
2
ABŞ-ın təyyarədaşıyan gəmisi rekord qırdı: 286 gündən sonra Taylandda lövbər saldı

ABŞ-ın təyyarədaşıyan gəmisi rekord qırdı: 286 gündən sonra Taylandda lövbər saldı

02 Sentyabr 2026 / 10:26
13
İndoneziyada yenidən vulkan püskürüb – yüzlərlə sakinin təxliyyəsinə başlanılıb

İndoneziyada yenidən vulkan püskürüb – yüzlərlə sakinin təxliyyəsinə başlanılıb

02 Sentyabr 2026 / 10:17
9
Razi Nurullayev:”Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun”

Razı Nurullayev:“Orta Dəhliz Çin və Mərkəzi Asiyanı Azərbaycan Üzərindən Avropaya Birləşdirir”

02 Sentyabr 2026 / 10:08
95
Medvedev:”Zelenskinin təyyarələri hədələməsindən sonra Aİ siyasətçiləri ilə qatarları geri çağırıb”

Medvedev:”Zelenskinin təyyarələri hədələməsindən sonra Aİ siyasətçiləri ilə qatarları geri çağırıb”

02 Sentyabr 2026 / 10:01
15
Rusiya Silahlı Qüvvələri Kiyev vilayətində logistika mərkəzinə zərbələr endirib

Rusiya Silahlı Qüvvələri Kiyev vilayətində logistika mərkəzinə zərbələr endirib

02 Sentyabr 2026 / 9:52
16
İsrail ordusu ölkənin şimalında şübhəli hava hədəfini ələ keçirdiyini açıqlayıb

İsrail ordusu ölkənin şimalında şübhəli hava hədəfini ələ keçirdiyini açıqlayıb

02 Sentyabr 2026 / 9:38
18
İspaniyaya görə, İsrail və Rusiyanın qeyri-qanuni miqrant axınına təkan verdiyinə dair sübutlar var

İspaniyaya görə, İsrail və Rusiyanın qeyri-qanuni miqrant axınına təkan verdiyinə dair sübutlar var

02 Sentyabr 2026 / 9:31
14
Silivri sahillərində Türkiyə bayraqlı iki gəmi toqquşub

Silivri sahillərində Türkiyə bayraqlı iki gəmi toqquşub

02 Sentyabr 2026 / 9:30
22
Goranboydakı partlayışla bağlı üç nazirlik birgə məlumat yayib

Goranboydakı partlayışla bağlı üç nazirlik birgə məlumat yayib

02 Sentyabr 2026 / 9:23
13
Tramp Rusiyanın maliyyə naziri Siluanovun ABŞ-a səfərini şərh edib

Trampın yeni təhlükəsi: Folklend adaları

02 Sentyabr 2026 / 9:13
3
ABŞ hücum dalğasının tamamlandığını açıqladı

ABŞ hücum dalğasının tamamlandığını açıqladı

02 Sentyabr 2026 / 7:19
17
Bəhreyndə insanlar ən yaxın təhlükəsiz yerə getməyə çağırılıb

Bəhreyndə insanlar ən yaxın təhlükəsiz yerə getməyə çağırılıb

02 Sentyabr 2026 / 7:15
12
ABŞ və İran arasındakı son qarşılıqlı hücumlardan sonra neft qiymətləri kəskin artıb

ABŞ və İran arasındakı son qarşılıqlı hücumlardan sonra neft qiymətləri kəskin artıb

02 Sentyabr 2026 / 7:04
15
İsrail döyüş təyyarələri Livanın cənubundakı Nəbatiyyə bölgəsini vurub

İsrail döyüş təyyarələri Livanın cənubundakı Nəbatiyyə bölgəsini vurub

02 Sentyabr 2026 / 1:32
16
İsrail polis komissarı: Dünya İsraili qatil və yaramaz dövlət kimi görür

İsrail polis komissarı: Dünya İsraili qatil və yaramaz dövlət kimi görür

02 Sentyabr 2026 / 1:28
12
ABŞ-ın Karib dənizi və Sakit okeanda ölümcül hücumlarına BMT məruzəçilərindən reaksiya

ABŞ-ın Karib dənizi və Sakit okeanda ölümcül hücumlarına BMT məruzəçilərindən reaksiya

02 Sentyabr 2026 / 1:21
8
Paşinyan:”Türkiyə və Azərbaycanla  dövlətlərarası münasibətləri qurmağa çalışırıq”

Paşinyanın rus dilində danişmamasi diqqət çəkdi – Putinin köməkçisi:”Məncə əvvəllər görüşlərdə belə etmirdi”

02 Sentyabr 2026 / 1:07
22
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.