15 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Sosial

Qida Sənayesi Kollecində təhsil böhranı: “Rəsmi müraciətlərim cavabsız qalıb” – ŞİKAYƏT

Mart 13, 2025
Sosial
A A

Azərbaycanda peşə və orta ixtisas təhsili müəssisələrinin vəziyyəti illərdir müzakirə mövzusudur. Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecində baş verənlər acınacaqlı durumu bir daha ortaya qoyur.

Avropa.info xəbər verir ki, Kollecin tələbəsi Almaz Məmmədova “Cebheinfo.az”-a müraciət edərək rəhbərliyin ona qarşı təzyiqlərini, müəssisədə laboratoriya şəraitinin olmamasını, keyfiyyətsiz təhsil və rəsmi qurumların bu məsələyə biganəliyini ictimailəşdirib.

O bildirib ki, kollecin direktoru Sevinc Həmzəyeva onu fənlərdən “kəsilməklə” və nizam-intizam qaydalarına cəlb olunmaqla təhdid edib.

Tələbənin dediyinə görə, bu təzyiqlərin səbəbi onun yağış sularının sinif otaqlarının divarlarından axmasını videoya çəkərək yayması olub. Məmmədovanın müraciətlərinə baxmayaraq, nə kollecin tabe olduğu Dövlət İqtisad Universiteti, nə də Elm və Təhsil Nazirliyi problemi həll etmək üçün real addım atıb. Əksinə, bəzi şəxslər məsələnin ört-basdır olunması üçün ona müraciət edib. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 9-cu maddəsinə əsasən, təhsil müəssisələri dövlət standartlarına və beynəlxalq prinsiplərə uyğun keyfiyyət təminatı sistemi qurmalıdır. Bu sistemə maddi-texniki baza, infrastruktur və müasir tədris texnologiyaları da daxildir.

Lakin Qida Sənayesi Kollecində nə laboratoriya, nə də tələbələrin praktik məşğələlər üçün şərait var. Bundan əlavə, qanunun 11-ci maddəsinə əsasən, təhsil müəssisəsində tələbələrə qarşı fiziki və psixoloji zorakılıq qadağandır. Direktorun tələbəni kollecdən uzaqlaşdırmaqla təhdid etməsi, digər tələbələrin də cəza tədbirlərindən qorxaraq susması bu qanunun kobud şəkildə pozulmasıdır.

Daha ciddi məqam isə qanunun 42-ci maddəsində yer alır. Burada deyilir ki, əgər təhsil müəssisəsi tələbələrə keyfiyyətsiz təhsil verdiyi müəyyən edilərsə, vurulan zərərin, o cümlədən tələbənin yenidən hazırlanması üçün çəkilən xərclərin həmin müəssisə tərəfindən ödənilməsi məhkəmə qaydasında tələb oluna bilər. Yəni, Almaz Məmmədova və digər tələbələr kolleci məhkəməyə verərək ödədikləri təhsilhaqqını geri tələb edə bilərlər. Son illərdə kolleclərin ləğv edilməsi məsələsi dəfələrlə gündəmə gəlib.

Elm və təhsil naziri Emin Əmrullayev 2023-cü ilin dekabrında açıqlamasında bildirmişdi ki, gələcəkdə kollec məzunlarının uşaq bağçalarda işləməsinə icazə verilməyəcək. Bu, kolleclərin keyfiyyət göstəricilərinin hansı səviyyədə olmasının açıq sübutudur. Təhsil ekspertləri hesab edirlər ki, bu tip müəssisələr dövlət büdcəsinə əlavə yük olmaqla yanaşı, tələbələr üçün real peşəkar perspektivlər yaratmır. Lakin kolleclərin bağlanması yox, modernləşdirilməsi və dünya standartlarına uyğunlaşdırılması daha effektiv həll ola bilər.

Almaz Məmmədovanın iddialarına görə, Sevinc Həmzəyeva öz avtomobilini sataraq kolleci təmir etdirdiyini və buna görə ona heç kimin toxuna bilməyəcəyini iddia edir. Əgər bu iddia doğrudursa, rəsmi qurumların vəziyyətə nəzarət etmədiyini və rəhbərliyin tam sərbəst şəkildə hərəkət etdiyini göstərir. Müasir dövrdə bir təhsil müəssisəsində təmirə rəsmi dövlət vəsaiti əvəzinə, rəhbər şəxsin şəxsi vəsaitini xərcləməsi və bunu tələbələrə qarşı “toxunulmazlıq” arqumenti kimi istifadə etməsi suallar doğurur. Əgər dövlət tərəfindən vəsait ayrılmırsa, bu, təhsilə ayrılan büdcənin necə idarə olunması ilə bağlı şübhələr yaradır.

Əgər vəsait varsa, o zaman kollecin bərbad vəziyyətə düşməsinin səbəbi nədir? Qida Sənayesi Kollecindəki vəziyyət Azərbaycanda orta ixtisas təhsilində mövcud problemlərin daha bir nümunəsidir. Laboratoriyasız qida təhlükəsizliyini tədris etmək mümkündürmü? Təzyiqlər altında tələbələr keyfiyyətli təhsil ala bilərmi? Bu suallar cavabsız qalır. Əgər kolleclərdə oxuyan minlərlə tələbə keyfiyyətsiz təhsilə görə iş tapa bilməyəcəksə, bu, bütöv bir nəsil üçün problem yaradacaq.

İndi əsas sual budur: Rəsmi qurumlar bu məsələyə nə vaxt reaksiya verəcək

Əvvəlki Yazı

Putin Kursk bölgəsində Ukraynanın ələ keçirdiyi ərazilərin böyük hissəsini geri alan rus hərbi birləşmələrini tərifləyib

Növbəti Yazı

İsrail ordusu atəşkəsə baxmayaraq dayanmır: 2 fələstinli uşaq həyatını itirdi

XƏBƏR LENTİ

Bəzi rayonlara intensiv yağış yağır – Faktiki hava

Bəzi rayonlara intensiv yağış yağır – Faktiki hava

15 İyun 2026 / 10:41
1
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına – Müraciət ünvanladı

Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına – Müraciət ünvanladı

15 İyun 2026 / 10:32
18
Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

14 İyun 2026 / 13:45
9
Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

13 İyun 2026 / 21:40
17
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

13 İyun 2026 / 13:42
3
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

13 İyun 2026 / 13:41
2
Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

13 İyun 2026 / 12:03
17
Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

13 İyun 2026 / 9:56
3
Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

13 İyun 2026 / 9:48
3
Şuşada TDT Forumu keçirilir

Şuşada TDT Forumu keçirilir

13 İyun 2026 / 9:44
7
 Ohanyan məcburi məhkəməyə gətirilir

 Ohanyan məcburi məhkəməyə gətirilir

13 İyun 2026 / 9:37
1
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

13 İyun 2026 / 9:33
1
Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

13 İyun 2026 / 9:28
7
Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

13 İyun 2026 / 1:19
55
Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

13 İyun 2026 / 1:13
38
Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

05 İyun 2026 / 8:41
40
“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

05 İyun 2026 / 7:41
47
Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

04 İyun 2026 / 20:51
2
“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

04 İyun 2026 / 20:48
6
Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

03 İyun 2026 / 12:44
18
Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

03 İyun 2026 / 11:22
26
“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

03 İyun 2026 / 11:09
2
Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

03 İyun 2026 / 9:43
25
Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

03 İyun 2026 / 9:29
120
Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

03 İyun 2026 / 9:17
81
Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

02 İyun 2026 / 23:20
9
Prezident Administrasiyasında MCP başqanı ilə görüş keçirilib

Prezident Administrasiyasında MCP başqanı ilə görüş keçirilib

02 İyun 2026 / 16:09
66
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

02 İyun 2026 / 14:09
3
Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı – Azərbaycan da siyahıya salına bilər

Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı – Azərbaycan da siyahıya salına bilər

02 İyun 2026 / 13:05
35
“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib

“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib

02 İyun 2026 / 11:39
54
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.