20 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Qərb İttifaqı Çinlə RƏQABƏTDƏ: Dünya iki yerə bölünür? – DETALLAR

Sentyabr 5, 2025
Manşet, Siyasət
A A

Qərb ölkələrinin liderləri İkinci Dünya müharibəsində Yaponiyanın təslim olmasının 80 illiyi münasibətilə Pekində sentyabrın 3-də keçirilən hərbi paradda iştirak etmədilər. Halbuki, Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampı mərasimə dəvət etmişdi. Ağ Ev sahibi mərasimdə iştirak etmək əvəzinə Çində keçirilən hərbi paradı ölkəsinə qarşı güc nümayişi kimi qiymətləndirib.

Bu sözləri Avropa.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Pekindəki hərbi paraddan narazı qalan ölkələr arasında Yaponiya da var.

“Yaponiyanın baş naziri və digər rəsmilər hərbi parad barədə açıqlama verməsələr də, “Kiodo” agentliyi adı çəkilməyən rəsmilərdən birinə istinadən yayımladığı xəbərdə hərbi paradı “qlobal bölünmə simvolu” kimi dəyərləndirib. Mənbənin sözlərinə görə, Çin və Rusiya dünya nizamına başçılıq etmək istəyirlər”, – deyə o əlavə edib.

Ekspert vurğulayıb ki, mənbənin sözlərində haqlılıq payı var:

“Moskva və Pekin “soyuq müharibədən” sonra ABŞ-ın simasında formalaşan birqütblü dünyaya son qoymaq istəyirlər. Buna görə də Pekin və Moskva Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS-in sıralarını genişləndirməyə və üzv ölkələr arasında bağlılığı gücləndirməyə çalışırlar. Doğrudur, Moskva və Pekin bu istəklərini asanlıqla həyata keçirə bilmirlər. Çünki, bir qisim ölkə Rusiya və Çinin formalaşdırdığı təşkilatlarda yer alsalar da, onlar Qərb ölkələri ilə əməkdaşlıqdan imtina etmək istəmirlər. Misal üçün Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının üzvlüyünə marağı olsa da, bu sırf iqtisadi və ticarət maraqları ilə əlaqəlidir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Azərbaycanın nəqliyyat imkanlarından istifadəsinə çalışır. Azərbaycanın Rusiya və Çinin anti-Qərb blokunda yer almaq istəyi yoxdur. Mərkəzi Asiya ölkələri də Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri olsalar da, ABŞ və Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsində maraqlıdırlar. Mərkəzi Asiya ölkələrinin Moskvanın və ya Pekinin diktəsini qəbul etmək fikirləri yoxdur. Hər halda Moskva və Pekin tərəfdaşlarının saylarını artırmaq planlarından imtina etmirlər”.

E.Şahinoğlu bildirib ki, Moskva və Pekin ABŞ Prezidenti Donald Trampın “rüsumartırma” siyasətindən də məharətlə istifadə etməyə çalışırlar.

“Trampın rüsum siyasətindən narazı qalan bir sıra ölkə ABŞ-dan uzaqlaşaraq Çinlə tərəfdaşlığa üstünlük verməyə başlayıb.
Buna baxmayaraq, Çinin siyasətindən ehtiyat edən ölkələr də az deyil. ABŞ və Yaponiya ilə yanaşı Avstraliya da Pekindənki hərbi paraddan narahat olub. İş o yerə çatıb ki, Avstraliya hökuməti paytaxt Kanberranın böyük konsert salonlarından birində Çin səfirliyinin Yaponiyanın İkinci Dünya Müharibəsində məğlubiyyətinin 80-ci ildönümünü keçirməyə icazə verməyib. Halbuki, tədbirlə bağlı əvvəlcədən razılaşma olub. Ancaq Avstraliya hökuməti son anda razılaşmadan imtina edib və tədbir səfirlik binasında keçirilib. Maraqlıdır ki, Avstraliyanın Çindəki səfiri də Pekində keçirilən hərbi paradda iştirakdan yayınaraq yerinə başqa diplomatı göndərib”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Əvvəlki Yazı

“Fənərbağça”nın stadionu bağlanacaq

Növbəti Yazı

İsrail və “Google” arasında REKORD RAZILAŞMA: MOSSAD əməkdaşlarının qurduğu şirkət satın alındı

XƏBƏR LENTİ

“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib – FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib – FOTO

19 İyun 2026 / 22:39
9
Yeniyetmələrin peşə hədəflərinin formalaşdırılmasına dəstək tədbiri keçirilib – FOTOLAR

Yeniyetmələrin peşə hədəflərinin formalaşdırılmasına dəstək tədbiri keçirilib – FOTOLAR

19 İyun 2026 / 15:32
3
Yeniyetmələrin peşə seçiminə dəstək verən maarifləndirici görüş keçirilib

Yeniyetmələrin peşə seçiminə dəstək verən maarifləndirici görüş keçirilib

18 İyun 2026 / 22:17
12
Tolerantlıq modelində Azərbaycan təcrübəsi: Sosial harmoniya və mədəni müxtəliflik – TƏHLİL

Tolerantlıq modelində Azərbaycan təcrübəsi: Sosial harmoniya və mədəni müxtəliflik – TƏHLİL

18 İyun 2026 / 22:10
8
Pezeşkian ABŞ-İran memorandumunun surətini paylaşdı – Fotolar

Pezeşkian ABŞ-İran memorandumunun surətini paylaşdı – Fotolar

18 İyun 2026 / 16:39
24
Prezident İlham Əliyev Bakıda açılış mərasimində – Fotolar

Prezident İlham Əliyev Bakıda açılış mərasimində – Fotolar

18 İyun 2026 / 16:28
20
Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək

Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək

18 İyun 2026 / 16:13
1
Abdulla Şaiqin 145 illik yubileyi münasibətilə “Söz dünyasına səyahət” adlı tədbir keçirilib-Fotolar

Abdulla Şaiqin 145 illik yubileyi münasibətilə “Söz dünyasına səyahət” adlı tədbir keçirilib-Fotolar

18 İyun 2026 / 16:07
64
Oğuzda tolerantlıq və multikulturalizm dəyərləri müzakirə olundu – FOTOLAR

Oğuzda tolerantlıq və multikulturalizm dəyərləri müzakirə olundu – FOTOLAR

17 İyun 2026 / 22:13
11
Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb

Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb

17 İyun 2026 / 15:14
3
“XXI Əsrin Qadınları” İctimai Birliyi İsmayıllıda tədbir keçirib – FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyi İsmayıllıda tədbir keçirib – FOTO

17 İyun 2026 / 10:23
12
Pirallahıda yeniyetmələrin peşə seçiminə dəstək tədbiri keçirilib

Pirallahıda yeniyetmələrin peşə seçiminə dəstək tədbiri keçirilib

16 İyun 2026 / 23:57
8
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub

Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub

16 İyun 2026 / 16:57
4
Ukraynalı futbolçu ad günündə dənizdə boğulub öldü

Ukraynalı futbolçu ad günündə dənizdə boğulub öldü

16 İyun 2026 / 10:08
19
Yol polisi sürücülərə müraciət etdi

Azərbaycanda “Piyadalar, diqqətli olun!” həftəliyi başladı

16 İyun 2026 / 10:02
17
İndoneziyada güclü zəlzələ baş verib

İndoneziyada güclü zəlzələ baş verib

16 İyun 2026 / 9:54
14
Aleksandr lukaşenko:”İsraillilər bu qədər insanı, xüsusən də qadın və uşaqları öldürərkən hansı Holokostdan danışırdılar?”

Aleksandr lukaşenko:”İsraillilər bu qədər insanı, xüsusən də qadın və uşaqları öldürərkən hansı Holokostdan danışırdılar?”

16 İyun 2026 / 9:47
15
ABŞ-ın vitse-prezidenti İranı hədələdi

ABŞ-ın vitse-prezidenti İranı hədələdi

16 İyun 2026 / 9:39
16
“Əbədi İşıq” sərgisi – Rəşid Əzimovun xatirəsinə

“Əbədi İşıq” sərgisi – Rəşid Əzimovun xatirəsinə

15 İyun 2026 / 23:26
158
“Erməni vəhşiliyi: sənədlərin dili ilə” nəşrinin təqdimatı keçirilib – FOTOLAR

“Erməni vəhşiliyi: sənədlərin dili ilə” nəşrinin təqdimatı keçirilib – FOTOLAR

15 İyun 2026 / 21:33
6
Azərbaycan cəmiyyətində tolerantlıq modeli: Tarixi köklərdən müasir reallığa

Azərbaycan cəmiyyətində tolerantlıq modeli: Tarixi köklərdən müasir reallığa

15 İyun 2026 / 21:31
7
Şəkidə “Tolerant və multikultural Azərbaycan” mövzusunda ictimai müzakirə keçirilib – FOTOLAR

Şəkidə “Tolerant və multikultural Azərbaycan” mövzusunda ictimai müzakirə keçirilib – FOTOLAR

15 İyun 2026 / 21:29
3
Heyvandarlıq sektorunda müasir çağırışlar: Şəffaflıqdan ekoloji balansa – TƏHLİL

Heyvandarlıq sektorunda müasir çağırışlar: Şəffaflıqdan ekoloji balansa – TƏHLİL

15 İyun 2026 / 21:20
12
Bəzi rayonlara intensiv yağış yağır – Faktiki hava

Bəzi rayonlara intensiv yağış yağır – Faktiki hava

15 İyun 2026 / 10:41
1
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına – Müraciət ünvanladı

Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına – Müraciət ünvanladı

15 İyun 2026 / 10:32
20
Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

14 İyun 2026 / 13:45
9
Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

13 İyun 2026 / 21:40
49
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

13 İyun 2026 / 13:42
4
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

13 İyun 2026 / 13:41
4
Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

13 İyun 2026 / 12:03
17
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.