Rusiya prezidenti Vladimir Putin Bişkekdə keçirilən ŞƏT Başçıları Şurasının iclasında çıxış edərək həmkarlarına 1 sentyabrın dünya tarixi üçün simvolik əhəmiyyətini xatırladıb.
“Bu, İkinci Dünya Müharibəsinin başladığı gündür. Biz hər hansı silahlı münaqişələrin təxribatını dünya praktikasından çıxarmaq üçün hər şeyi etməliyik”, – Rusiya lideri bildirib. “Əminəm ki, bizim işimiz buna gətirib çıxarır”, o əlavə edib.
Avropa.info xəbər verir ki, Dövlət Başçıları Şurasının iclası Qırğızıstanın paytaxtında “ŞƏT-in 25 illiyi: sabitliyin möhkəmləndirilməsi, gələcək birgə inkişaf istiqamətində əməkdaşlığın genişləndirilməsi” devizi altında keçirilir. Burada assosiasiya ölkələrinin rəhbərləri təşkilatın dörddə bir əsr ərzində gördüyü işlərə yekun vuracaq, siyasət, təhlükəsizlik, iqtisadiyyat və humanitar sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi məsələlərini nəzərdən keçirəcəklər.
Sammitin yekunu olaraq 20-dən çox sənəd imzalanacaq.






























