IV Şuşa Qlobal Media forumunun sonu səmimi anlarla yadda qalıb.
Avropa.info xəbər verir ki, tədbir başa çatdıqdan sonra məkandan ayrılmaq üçün avtomobilinə əyləşən Prezident İlham Əliyev “Euronews”un müxbiri Ceyn Vizerspunu gördükdə onunla görüşmək üçün yenidən avtomobilindən düşüb.
Dövlət başçısı jurnalistlə səmimi şəkildə görüşüb və onunla hal-əhval tutub.
Qeyd edək ki, “Euronews”un müxbiri Ceyn Vizerspun ötən il Xankəndidə baş tutan III Şuşa Qlobal Media Forumunda moderatorluq edib. Daha əvvəl isə o, dəfələrlə Prezident İlham Əliyevdən müsahibələr götürüb.






























