Prezident Rəcəb Tayyib Ərdoğan bir günlük işgüzar səfər üçün Səudiyyə Ərəbistanına gedib.
Prezident Ərdoğan və onu müşayiət edən şəxsi aparan təyyarə saat 07.30-da Ankara hava limanından havaya qalxıb.
Ərdoğanı hava limanından vitse-prezident Cevdet Yılmaz və digər rəsmilər yola salıblar.
Prezident Ərdoğanın işgüzar səfəri çərçivəsində Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salman və Pakistanın baş naziri Şahbaz Şəriflə görüşü gözlənilir.






























