Perunun Naska şəhərində turistləri daşıyan təyyarənin kənd ərazisinə düşməsi nəticəsində 13 nəfər həyatını itirib.
Avropa.info xəbər verir ki, Perunun Naska polis rəisi Xorxe Andrade verdiyi açıqlamada paytaxt Limadan təxminən 240 kilometr uzaqlıqdakı Pisko şəhərindən havaya qalxan təyyarənin Naska çölündə qəzaya uğradığını bildirib.
Qəzada sağ qalanların olmadığını bildirən Andrade, “Bizdə olan məlumata görə, 11 sərnişin və 2 ekipaj üzvü həyatını itirdi. İndiyə qədər 4 nəfərin cəsədini tapdıq” dedi.
Andrade qeyd edib ki, turistlər Nazca Xəttlərini havadan görmək üçün təşkil edilən gəzinti uçuşuna qatılıblar.
Bölgədə də oxşar təyyarə qəzaları baş verib
Qəzanın səbəbini müəyyən etmək üçün Mülki Aviasiya İdarəsi (Aeronáutica Civil) tərəfindən araşdırma başladılıb.
Bölgədə əvvəllər də oxşar təyyarə qəzaları baş verib.
2022-ci ildə baş verən təyyarə qəzası nəticəsində 2-si çilili, 3-ü holland olmaqla 7 nəfər həlak olub.
2010-cu ilin oktyabrında AirNasca şirkətinə məxsus təyyarə Nazka xətləri üzərində gəzinti uçuşundan sonra qəzaya uğradı və nəticədə 4 britaniyalı turist və 2 Perulu ekipaj üzvü həlak oldu.





























