Paşinyan Avropa Birliyinə üzvlüklə bağlı qanundan danışıb
Ermənistan Avropa İttifaqına qoşulmanın başlanması ilə bağlı qanuna yenidən baxmaq niyyətində deyil.
Avropa.info Sputnik Ermənistana istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.
“Bu qanunun qəbulu düzgün addım idi və mən davam edən prosesi müsbət qiymətləndirirəm”.
Paşinyanın sözlərinə görə, belə bir qərar artıq Ermənistana “ciddi beynəlxalq nəticələr” verib. Paşinyan özü qərarın icrasını uğurlu hesab edir.
Paşinyan onu da qeyd edib ki, təşəbbüs qüvvəyə minməzdən əvvəl Ermənistanın xarici siyasət kursu qurmaq perspektivləri ilə bağlı cəmiyyətdə şübhələr var idi. Lakin onun sözlərinə görə, qanunun qəbulundan sonra belə bəyanatlar dayanıb.
Baş nazir bu istiqamətdə konkret hansı mərhələlərin keçəcəyini açıqlamasa da, hökumətin bundan sonra da qəbul edilmiş qanunvericilik çərçivəsində fəaliyyət göstərəcəyini açıqlayıb.






























