Netanyahu: Senator Lindsi Qrem İsrailə yardımın dayandırılması ideyasına qəzəblənmişdi

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ senatoru Lindsi Qremin İsrailə hərbi yardımın dayandırılması ehtimalına kəskin etiraz etdiyini açıqlayıb.

Avrop.info xəbər verir ki, Netanyahu bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Qremlə son söhbətlərindən birində İsrailin gələcəkdə ABŞ-dan aldığı hərbi yardımı mərhələli şəkildə azaltmaq və sonda tamamilə dayandırmaq niyyətində olduğunu bildirib.

Netanyahu qeyd edib ki, bu fikir senatorun sərt reaksiyasına səbəb olub.

“Qətiyyən yox, sən bunu edə bilməzsən”, – deyə Qremin cavab verdiyini İsrailin baş naziri xatırladıb.

Netanyahunun sözlərinə görə, senator İsrailin təhlükəsizliyi ilə bağlı o qədər narahat idi ki, ABŞ yardımının saxlanılması və hətta artırılması üçün israr edirdi.

Qeyd edək ki, ABŞ-nin Respublikaçılar Partiyasından olan senatoru Lindsi Qrem iyulun 11-də 71 yaşında vəfat edib.

XƏBƏR LENTİ