İctimaiyyətin və vətəndaşlarımızın nəzərinə!
Son günlər Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayevin adından saxta nömrə vasitəsilə vətəndaşlara mesajlar göndərilməkdədir. Naməlum bir şəxs +994 50 589 48 76 mobil nömrəsindən istifadə edərək “WhatsApp” profilinə millət vəkilinin fotosunu yerləşdirib və dələduzluqla məşğul olur. Həmin şəxs MCP başqanının adından vətəndaşlara mesajlar yazaraq onları aldadır.
Avropa.info xəbər verir ki, Milli Cəbhə Partiyası rəsmən bəyan edir ki, sözügedən mobil nömrənin və onu işlədən şəxsin partiyamıza, eləcə də partiya başqanı Razi Nurullayevə heç bir aidiyyəti yoxdur.
Vətəndaşlarımızdan həmin nömrədən gələn mesajlara inanmamağı, bu şəxsin tələb və ya təkliflərinə məhəl qoymamağı xahiş edirik. Belə bir halla qarşılaşdığınız təqdirdə dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyiniz tövsiyə olunur.






























