Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov xidməti avtomobili ilə hərəkətdə olarkən yolda cənazə mərasiminin keçirildiyini görüb avtomobili saxlayaraq cənazəyə yaxınlaşıb.
Rayon rəhbəri dünyasını dəyişən şəxsə Allahdan rəhmət diləyib, mərhumun ailəsinə, yaxınlarına və kənd sakinlərinə dərin hüznlə başsağlığı verib.
Rayon rəhbərinin bu humanist və səmimi addımı cənazə mərasimində iştirak edən sakinlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Kənd sakinləri göstərilən ehtirama görə ona təşəkkürlərini bildiriblər.
Gün ərzində cənab Araz Əhmədovun bu davranışı rayon ictimaiyyəti arasında geniş müzakirə olunub və insanlar tərəfindən yüksək qiymətləndirilərək təqdir edilib.
Bunu hər kəs etməz, o etdi…
Əldə etdiyimiz məlumata görə dünyasını dəyişən şəxs məşhur beşik ustası Şakir Ağayevdir.





























