Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə kütləvi və intensiv raket zərbələri endirib.
Avropa.info xəbər verir ki, cəmi 20 dəqiqə ərzində şəhərə 30 raket atılıb, ümumilikdə isə paytaxta azı 35 zərbə qeydə alınıb.
“İskəndər”, “Sirkon” və reaktiv PUA-lar işə salınıb
Hücum zamanı balistik “İskəndər” və hipersəsli “Sirkon” raketlərindən istifadə olunduğu bildirilir. Raket zərbələri ilə yanaşı, Kiyev səması reaktiv “Geran-3” dronları tərəfindən də hədəfə alınıb.
İlkin məlumatlara görə, hücumun ana hədəflərindən biri Ukrayna PUA-larının, onların komplektləşdirici hissələrinin və xaricdən gətirilən silahların saxlanıldığı “MLP-Çayka” logistika mərkəzi olub. Zərbələrdən sonra şəhərdə ən azı 11 nöqtədə güclü yanğın başlayıb, bəzi ərazilərdə ikincili detonasiyalar (anbarlardakı sursatların təkrar partlaması) müşahidə olunur.
Şəhərin yerli sakinləri bildirirlər ki, kütləvi hücum dalğası zamanı ABŞ istehsalı olan “Patriot” Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin işləməsi müşahidə edilməyib.































