İsrail ordusunun atəşkəsə baxmayaraq avqustun 15-i səhər saatlarında hava zərbələri endirdiyi Livanda bir neçə gün davam edəcək qarşıdurmalara hazırlaşdığı bildirilib.
Avropa.info İsrailin Kanal 12-ci televiziyasina istinadən xəbər verir ki, İsrail ordusunun Hizbullahın Əli Tahir təpəsi və Beaufort qalası ətrafındakı infrastrukturunu məhv etməyə çalışdığı bir vaxtda Hizbullahın bölgədəki işğala qatılan İsrail əsgərlərinə hücum planları hazırladığı iddia edilib.
Xəbərdə bəzi Hizbullah üzvlərinin Əli Tahir təpəsindəki tunellərdə qapalı qaldığı, İsrail ordusunun orada qapalı qalan Hizbullah üzvlərini xilas etmək cəhdlərinin qarşısını aldığı iddia edilib.
Xəbərdə Tel-Əviv rəhbərliyinin Livanla ABŞ-ın vasitəçiliyi ilə apardığı danışıqlara görə son günlərdə ordu tərəfindən təqdim edilən bəzi hücumları bəyənmədiyi, İsrail ordusunun Livanda bir neçə gün davam edəcək qarşıdurmalara hazırlaşdığı bildirilib.
İsrailin Livana hücumu
İsrail ordusu martın 2-də Livana intensiv hava zərbələri endirib və ölkənin cənubunda bir çox şəhərləri işğal edib.
Livan hökuməti bu prosesdə ölkədə didərgin düşənlərin sayının 1 milyonu keçdiyini açıqlayıb.
Livan və İsrail arasında aprelin 17-də qüvvəyə minən atəşkəs daha sonra bir neçə dəfə uzadılıb. Atəşkəsə baxmayaraq, İsrail ordusu avqustun 15-i səhər saatlarında Livana qarşı hava zərbələri endirib.
Livan Səhiyyə Nazirliyi, İsrailin 2 Martdan bu yana ölkəyə təşkil etdiyi hücumlarda 4 min 346 nəfərin həyatını itirdiyini bildirdi.





























