İspaniya yayın üçüncü isti dalğasına hazırlaşır, temperaturun 47 dərəcəyə yüksələcəyi gözlənilir.
Avropa.info xəbər verir ki, İspaniya Dövlət Meteorologiya Təşkilatından (AEMET) verilən açıqlamada, Afrikadan gələn isti və quru havanın meydana gətirdiyi “temperatur qübbəsi” səbəbiylə təsirli olacaq isti dalğasının həftə boyu davam edəcəyi bildirildi.
Proqnozlara görə, ölkənin məşhur turizm mərkəzlərindən biri olan Malaqada temperaturun 45 dərəcəyə çatacağı gözlənildiyi halda, cənub bölgələrində 44, Kataloniyada isə 42 dərəcə isti müşahidə oluna biləcəyi qeyd edilir.
İsti hava səbəbindən meşə yanğınlarının baş verdiyi ölkədə təkcə bazar ertəsi günü 26 min hektardan çox ərazinin yandığı, Bedar yaxınlığındakı yanğında 13 nəfərin öldüyü bildirilib.
İspaniyada indiyə qədər ölçülən ən yüksək temperatur 14 avqust 2021-ci ildə Qvadalkivir hövzəsində 47,6 dərəcə olaraq qeydə alınıb.





























