Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün sabah səhər ABŞ-ın Nyu-York şəhərinə gedəcək İran prezidenti Məsud Pezeşkianın mətbuat komandasına viza verilməyib.
Avropa.info-nun məlumatına görə, İran Prezident Aparatının ictimaiyyətlə əlaqələr üzrə baş direktoru Həbibullah Abbasi Pezeşkianın sabah başlayacaq ABŞ səfəri ilə bağlı açıqlamalar verib.
Abbasi, Pezeşkiyanın mətbuat komandasına ABŞ vizası verilmədiyini, lakin ikitərəfli görüşlərlə bağlı inkişafın ictimaiyyətlə paylaşılacağını bildirib.
Pezeşkianın ABŞ-a səfərinin beş gün davam edəcəyini, lakin iki gününün yolda keçəcəyini qeyd edən Abbasi, İran prezidentini Prezident Aparatının rəhbəri Möhsin Hacı Mirzayi və Prezident Aparatının mərasim və protokol məsələləri üzrə direktor müavini Seyid Abbas Musəvinin müşayiət edəcəyini bildirib.
Abbasi qeyd edib ki, Pezeşkiyan səfər zamanı bəzi ölkə rəsmiləri ilə də görüşəcək.






























