Yüksək rütbəli İran rəsmisi “ABŞ-ın maneələrinə baxmayaraq” İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlarda yeni mərhələnin əldə olunduğunu və ABŞ-ın müdaxilələri dayandırılacağı təqdirdə ölkəsinin Omanla razılığa gələ biləcəyini bildirib.
Avropa.info xəbər verir ki, İranın ingilisdilli dövlət televiziyası Press TV-yə danışan adı açıqlanmayan yüksək rütbəli İran rəsmisi “ABŞ-ın maneələrinə baxmayaraq, Hörmüz dəhlizi ilə bağlı İran və Oman arasında danışıqlar yeni mərhələyə qədəm qoyub” deyib.
İranın Omanla Hörmüz boğazı ilə bağlı danışıqlarının davam etdirilməsi Tehranın diplomatiyaya sadiqliyini və hüquqlarını qorumaq əzmini göstərir”, – deyə rəsmi əlavə edib.
“Tehran Oman və regional dövlətlərlə məsləhətləşərək anlaşma memorandumu çərçivəsində üzərinə götürdüyü öhdəliyi fəal şəkildə yerinə yetirib. ABŞ müdaxiləsini dayandırarsa, Hörmüz məsələsində Omanla kompromis əldə oluna bilər.”
ABŞ-ın maliyyə naziri Skott Bessent bəyan edib ki, İranla danışıqlar davam edir və Hörmüz boğazının bu gün və ya sabah açılması ilə bağlı razılığın əldə olunması ehtimalı var.






























