İran İnqilab Keşikçiləri Korpusu ABŞ istehsalı olan MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) Hörmüz boğazı səmasında vurulduğunu iddia edib.
Avropa.info xəbər verir ki, İnqilab Keşikçiləri Ordusu məsələ ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada Hörmüz boğazı səmasında İranın hava hücumundan müdafiə sistemi tərəfindən MQ-1 tipli PUA-nın aşkar edilərək vurulduğu bildirilib.
ABŞ ordusu hələlik məsələ ilə bağlı açıqlama verməyib.
ABŞ-ın 1990-cı illərdə istehsal etdiyi MQ-1 tipli İHA-nın ilkin olaraq müşahidə və qabaqcıl kəşfiyyat məqsədləri üçün istifadə edilməsi planlaşdırılırdı. Daha sonra bu PUA-lara yeni kameralar və raketlər əlavə edilib.





























