İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Tehran və Maskat arasında Hörmüz boğazının idarə olunması ilə bağlı danışıqların davam etdiyini bildirib.
Avropa.info xəbər verir ki, Avİranın Əmək Xəbər Agentliyinə (İLNA) danışan Bekayi İran-Oman danışıqları ilə bağlı açıqlama verib.
Bekayi iyulun 24-25-də Tehranda başlayan İran-Oman danışıqlarının hələ də davam etdiyini və iyulun 29-da iki ölkənin xarici işlər nazirləri səviyyəsində danışıqların aparıldığını bəyan edib.
İran və Oman kimi iki sahil ölkəsi arasında danışıqların uzun müddətdir gündəmdə olduğunu bildirən Bekayi bunun ABŞ-ın hücumlarından və Hörmüz boğazının bağlanmasından asılı olmadığını bildirib.
Bekayi qeyd edib ki, boğazda nəqliyyatın dayanması və dəniz yollarının təhlükəsiz olmaması ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadası ilə bağlıdır.






























