Seysmik hadisə 40 min əhalisi olan şəhərdən 35 kilometr aralıda baş verib.
Zəlzələ İndoneziya sahillərində baş verib, maqnitudası 5,5 olub. Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Avropa.info xəbər verir ki, Seysmik hadisə Moskva vaxtı ilə saat 4.41-də baş verib, onun mənbəyi Rutenq şəhərindən 35 kilometr aralıda, 10 kilometr dərinlikdə olub. Bu qəsəbədə 40 minə yaxın insan yaşayır.
Təbii fəlakət nəticəsində xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat verilmir.
Eyni zamanda Hind okeanında 5,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri sahildən xeyli aralıda yerləşib.
Xatırladaq ki, avqust ayında İndoneziyanın Şərqi Nusa Tengqara əyalətində 7,7 bal gücündə güclü zəlzələ baş vermişdi. Bu, ciddi dağıntı və insan tələfatı ilə müşayiət olundu.
Sentyabr ayında İndoneziyanın Maluku adasının sakinləri ayaqlarının altında yerin titrədiyini hiss ediblər. Banda dənizi ərazisində 6,2 bal gücündə zəlzələ baş verib.





























