Dünya

Hakan Fidanla Andrey Sibiqa arasında telefon danışığı olub

4 Yanvar 2025, 17:168
Reklam728x90
Reklam320x100

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub.

Avropa.info xəbər verir ki, bu barədə A.Sibiqa X platformasında paylaşım edib.

Nazir bildirib ki, həmkarı ilə ikitərəfli münasibətləri, döyüş meydanındakı hazırkı vəziyyəti, Qara dənizdə təhlükəsizlik, Suriya və Yaxın Şərqdəki son durumu müzakirə ediblər.

“Strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün əlaqələndirilmiş şəkildə çalışmaq barədə razılığa gəldik”, – XİN başçısı paylaşımında qeyd edib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600