İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatında ölkəmizi təmsil edəcək hakimlər müəyyənləşiblər
Avropa.info xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, bir həftə Milli Gimnastika Arenasında davam edəcək mötəbər yarışda I-S kateqoriyalı hakim Sədi Quliyev, həmçinin I kateqoriyalı referilər Kamran Əliyev, Əli Babayev və Zaur Şərifov ədaləti qoruyacaqlar.
Ümumilikdə dünya çempionatında 68 hakim görüşləri idarə edəcək.






























