Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Avropa.info xəbər verir ki, hadisə Xan Bağı istirahət parkının yaxınlığında baş verib. 2006-cı il təvəllüdlü Sərxan İsmayılov xəstəxanaya yerləşdirilib. Yaralıya dərhal tibbi yardım göstərilib, hazırda müalicəsi davam etdirilir.
Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyini müəyyənləşdirmək məqsədilə Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.






























